PDA

Просмотр полной версии : Milli qəhrəmanlarımız!


NAOMI
05.04.2010, 21:20
Özümüzün öz milli yadaşımızı yoxlayaq. Yalnız yaddaşımızdan istifadə edərak, xahiş edirəm

NAOMI
05.04.2010, 21:20
Çingiz Mustafayev
Xəqani Rüstəmov

Elçin
06.04.2010, 00:14
Xəqani Rüstəmov

Tanımadım.

Salatın Əsgərova.

Antic_girl
06.04.2010, 08:31
Etibar Ismayılov

Naida
13.05.2010, 14:52
Sahin Tagiyev!

palciq
13.05.2010, 14:56
Sahin Tagiyev!

...

Patriot
29.05.2010, 09:30
Fred Asif, Allahverdi Bağıraov, Ala Yaqub,
mən deyərdim ki, Rövşən Cavadov. ona 1993-cü ildə milli qəhrəman adı vermək istədilər. o demişdir: Nə qədər ki, Qarabağ işğal altındadır mənə milli qəhrəman adı haramdır.

Polad
15.07.2010, 07:31
Shahin Tagiyev konullulerden ibaret " Qurtulush" batalyonunun komandiri olub..
mehz onun rehberliyi altinda Qurtulush batalyonu Terter-Agdere istiqametinde geden doyushlerde shucayet gosterib..Terteri dushmenden qoruyub..ve hetta 1992 ci ilde Agderenin dushmenden alinmasi emeliyyatinda Qurtulush batalyonu diger birliklerle beraber feal ishtirak edib.

Emilio
15.07.2010, 10:47
Cingiz Mustafayev

Polad
15.07.2010, 13:12
Tanımadım.

.
Xeqani Rustemov haqqinda melumat cox azdir efsuslar olsun..
Xeqani Rustemov Shusha etrafinda geden doyushlerde qehremancasina helak olub. O herbi tehsilini Rusiyada alib..sehv elemiremse, herbi tehslilini yarimciq qoyub veten ugrunda doyushmek ucun vetene gelib..bir cox doyushlerde shucaet gosterib..son doyushu Shuha etrafinda olub..
O savadli, bacariqli komandir kimi ozunu gosterib..
bunu mene onun doyush yoldashlari danishib..
efsuslar olsun ki, onun haqqinda mediada melumat yoxdur..

Эль`зас
15.07.2010, 20:02
Çingiz Mustafayev haqqında oxuyub bildiklərim maraqlı faktlar:
Uşaqlıqda çox nadinc uşaq olub, Naxçıvanski adına hərbi məktəbi bitirib, anasinin istəyi ilə 6 il tibb təhsili alıb, diplomu da anasına hədiyyə edib. 10cu sinifdən cibxərcliyini özü qazanıb. DJ kimi `Abşeron` kafesində işləməyə başlayıb. İlk cins şalvarı Çingiz geyinmişdi.
Xocalı faciəsindən isə şoka düşmüşdü, dəfələrlə baxıb ağlayırdı. O, Xocalı faciəsini dünyaya tanıtdı.

Assassine
16.07.2010, 02:24
İlk cins şalvarı Çingiz geyinmişdi.


Xanım, daha belə də olmaz məncə.... ilk cins şalvarı necə yəni o geyinib? :eek:

Эль`зас
19.07.2010, 18:21
Xanım, daha belə də olmaz məncə.... ilk cins şalvarı necə yəni o geyinib? :eek:

Doğma dildə oxuya bilmirsiniz..? Bəli, ilk cins şalvarı BAKIda Çingiz geyinib...

İlğım
19.07.2010, 18:28
Çingiz Mustafayev haqqında oxuyub bildiklərim maraqlı faktlar:
Uşaqlıqda çox nadinc uşaq olub, Naxçıvanski adına hərbi məktəbi bitirib, anasinin istəyi ilə 6 il tibb təhsili alıb, diplomu da anasına hədiyyə edib. 10cu sinifdən cibxərcliyini özü qazanıb. DJ kimi `Abşeron` kafesində işləməyə başlayıb. İlk cins şalvarı Çingiz geyinmişdi.
Xocalı faciəsindən isə şoka düşmüşdü, dəfələrlə baxıb ağlayırdı. O, Xocalı faciəsini dünyaya tanıtdı.

Elzas, burda Bakı yazmamısan. Buna görə cənab Assasine teeccüblənmişdi.

Polad
22.07.2010, 08:30
Kamil Nəsibov 8 oktyabr 1946-cı ildə Laçın rayonunun Bozlu kəndində anadan olmuşdur. 1963-cü ildə orta məktəbi Minkənd kəndində bitirmiş və ordu sıralarına çağırılmışdır. Üç ildən sonra ordudan tərxis edilərək vətənə qayıtmış, 1973-cü ildə Azərbaycan Politexnik İnstituna daxil olmuşdur.

1992-ci ildə Laçın erməni silahlı dəstələrinin hücumlarına məruz qaldığı zaman Kamil könüllülərdan ibarət özünümüdafiə bölüyü yaratmış və özünün komandir olduğu 30 nəfərdən ibarət bu bölük Sadınlar, Malıbəy, Xanallar, Suarası kəndlərinin müdafiəsində böyük rəşadət göstərmişdir.

1992-ci il 29 iyun tarixində Qonaqgörməz yüksəkliyi uğrunda gedən qanlı döyüşlərdən birində Kamil Nəsibov snayper gülləsidən ağır yaralanmış, döyüşçü dostları onu təhlükəsiz yerə çıxarmaq istəsələr də cəsur komandir etiraz edərək döyüş meydanını tərk etməmiş və nəticədə çoxlu qan itirmədən həlak olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Nəsibov Kamil Balədə oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Ağcabədi rayonunda dəfn edilmişdir.

Doğulduğu Bozlu kəndindəki Mədəniyyət evi Kamil Nəsibovun adını daşıyır.

Эль`зас
22.07.2010, 22:56
Prezident İlham Əliyev gizir Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi barədə sərəncam imzalayıb (http://ramilsafarov.info/index.php?dil=az&s=movqe)

Kramnik
22.07.2010, 22:58
Qəribə tendensiya var bizdə - Ancaq öləndən sonra milli qəhrəman adı verilir.

İlğım
22.07.2010, 23:02
Qəribə tendensiya var bizdə - Ancaq öləndən sonra milli qəhrəman adı verilir.

Sağlara verdilər nə oldu? Xain oldular)

Kramnik
22.07.2010, 23:06
Sağlara verdilər nə oldu? Xain oldular)

Kimdir onlar?

İlğım
22.07.2010, 23:08
Kimdir onlar?

Rövşən Cavadov. Birdə deyəsən Sürət Hüseynova vermişdilər.

Kramnik
22.07.2010, 23:13
Rövşən Cavadov. Birdə deyəsən Sürət Hüseynova vermişdilər.

Bəs sonra? Elə 2 nəfər? Onların xainliyi ancaq Əliyev rejimi üçün keçərlidir.

SAFAVI
22.07.2010, 23:15
Bəs sonra? Elə 2 nəfər? Onların xainliyi ancaq Əliyev rejimi üçün keçərlidir.

Raziyam. Birine veten xaini demek, milli qehreman demekden qat-qat mesuliyyetlidir.

İlğım
22.07.2010, 23:15
Bəs sonra? Elə 2 nəfər? Onların xainliyi ancaq Əliyev rejimi üçün keçərlidir.

Məndə oxuduğumu eşitdiyimi deyirəm də)) Əliyevlərə düşmür öncədın Qəhrəman adı vermək. Birdə ki, Mübariz neçə il qəhrəmanlıq edib ki, ona Qəhrəman adı verilərdi?

Yagmur
22.07.2010, 23:17
Məndə oxuduğumu eşitdiyimi deyirəm də)) Əliyevlərə düşmür öncədın Qəhrəman adı vermək. Birdə ki, Mübariz neçə il qəhrəmanlıq edib ki, ona Qəhrəman adı verilərdi?
Qehremanligi illerle etmirler ki?Bir anda,bir deqiqede ,bir qunde qehremanliq qostermek olar..

İlğım
22.07.2010, 23:20
Qehremanligi illerle etmirler ki?Bir anda,bir deqiqede ,bir qunde qehremanliq qostermek olar..

Hansısa şəhəri almaqla, hansısa batalyonu qırmaqla, silah ambarın partlatmaqla. Mübariz demirəm heç nə etməyib. Amma ölümü ilə qəhrəmanlıq edib. Ölümünə səbəb olan hücumundan əvvəl hansı qəhrəmanlıqları edib mən bilmirəm.

Aslan
13.08.2010, 18:19
Fred Asif, Allahverdi Bağıraov, Ala Yaqub,
mən deyərdim ki, Rövşən Cavadov. ona 1993-cü ildə milli qəhrəman adı vermək istədilər. o demişdir: Nə qədər ki, Qarabağ işğal altındadır mənə milli qəhrəman adı haramdır. Bu o Cavadovduki gardashi indi Avstriyada yashayir ? Bes niye siyasi gacgin adi aldi ? Bagishlayin bu barede melumatim azdi ancag bilmek isterdim.

Polad
18.08.2010, 10:01
Bu o Cavadovduki gardashi indi Avstriyada yashayir ? Bes niye siyasi gacgin adi aldi ? Bagishlayin bu barede melumatim azdi ancag bilmek isterdim.
Taninmishlar bolumunde "Rovshen Cavadov" movzusu var..ora baxin..melumat ala bilersiniz ordan...

NAOMI
18.08.2010, 18:24
Mübariz İbrahimov.

Aslan
18.08.2010, 18:31
Taninmishlar bolumunde "Rovshen Cavadov" movzusu var..ora baxin..melumat ala bilersiniz ordan... Mahir Cavadov mail.ru da gormushem Avstriyada yashayir men bu hagda onun yazillarinnan ohumusham bashga melumatim yohdu.

NAOMI
18.08.2010, 18:32
Mahir Cavadov mail.ru da gormushem Avstriyada yashayir men bu hagda onun yazillarinnan ohumusham bashga melumatim yohdu.

elə Poladında yoxdu)...

NAOMI
27.08.2010, 22:32
Qəhrəmana qəhrəman adını xalq verir... amma təəsüflər olsun ki, bu gün Azərbaycanda qəhrəmanlıq göstərmiş qəhrəmanlara layiq olduğu adı verən yoxdu...buna üzülürəm.

Ramil Səfərov!

Polad
27.08.2010, 23:04
Polkovnik-leytenant Shikar Shikarov...
Allah ona rehmet elesin...

İlğım
04.09.2010, 10:15
http://www.youtube.com/watch?v=2S73ej9FvNc&feature=player_embedded#!

Patriot
06.09.2010, 15:56
Bu o Cavadovduki gardashi indi Avstriyada yashayir ? Bes niye siyasi gacgin adi aldi ? Bagishlayin bu barede melumatim azdi ancag bilmek isterdim.

Söhbet Rövşən Cavadovdan gedir, Mahir Cavadovdan yox,

qember
25.09.2010, 03:21
Mövzu deyəsən belə başlamışdı: "Yaddaşımızda olan Milli Qəhrman adları"

1. Çingiz Mustafayev
2. Rasim İbrahimov
3. Koroğlu Rəhimov
4. Eldar Tağızadə
5. Səyavuş Həsənov
6. Yuri Kovolyov
7. Məzahir Rüstəmov
8. Mübariz İbrahimov
9. Kazımağa Kərimov
10 Salatın Əsgərova
11. Alı Mustafayev
12. Əsəd Həsənov
13. Əlif Hacıyev

Bunlar Şəhidlər Xiyabanını ziyarətim vaxtı yadımda qalalardır. Əksəriyyəti barədə ətraflı məlumata sahib deyləm.

Allah hamısına Rəhmət eləsin. Bütün şəhidlər bizim qəhrəmanızdır.

Nizami63
25.09.2010, 12:41
http://gdb.rferl.org/03041991-6F4F-4DC8-A957-F04C5F587D58_w527_s.jpg

Milli Qəhrəman adına layiq görülməyən, ancaq bu ada hamıdan çox layiq olan və erməni gülləsinə tuş gələn Azərbaycan Kommunist Partiyasının II katibi Viktor Polyaniçko...

SAFAVI
26.09.2010, 00:10
Milli Qəhrəman adına layiq görülməyən, ancaq bu ada hamıdan çox layiq olan və erməni gülləsinə tuş gələn Azərbaycan Kommunist Partiyasının II katibi Viktor Polyaniçko...

Haqqinda fikirlerin birmenali olmayan, bir cox qanli hadiselerde birbasha eli olan birine milli qehreman adini ancaq bizim sizin kimi "bashbilenliye iddialilar"imiz vere biler. Hala bu azmish kimi onun butun milli qehremanlardan daha cox bu ada layiq oldugunu iddia edar.

Nizami63
26.09.2010, 11:01
Haqqinda fikirlerin birmenali olmayan, bir cox qanli hadiselerde birbasha eli olan birine milli qehreman adini ancaq bizim sizin kimi "bashbilenliye iddialilar"imiz vere biler. Hala bu azmish kimi onun butun milli qehremanlardan daha cox bu ada layiq oldugunu iddia edar.
ERMƏNİLƏR POLYANİÇKONU ÖLÜMƏ MƏHKUM ETDİLƏR

1991-ci ilin martında Ermənistan SSRİ-nin saxlanması haqda referendumda iştirakdan imtina edəndə, Polyaniçko üzünü ermənilərə çevirdi və Sovet qoşunlarının köməyi ilə Azərbaycandakı erməni kəndlərinin əhalisini köçürməyə başladı.

1991-ci ilin aprelində başlanan «Çevrə əməliyyatı» bütün yayı davam etdi.

Buna görə, yerli ermənilər Polyaniçkonu ölümə məhkum etmişdilər. (http://forum.ria.az/showthread.php?p=68381#post68381)

SAFAVI
26.09.2010, 13:14
Viktor Polyanichkonun Afqanistandaki qanli fealiyyetinden xebersizler bu barede arashdirma aparsinlar.

Nizami63
26.09.2010, 15:53
Viktor Polyanichkonun Afqanistandaki qanli fealiyyetinden xebersizler bu barede arashdirma aparsinlar.
bu kontekstdən məsələyə yanaşmağınızı doğru hesab etmirəm, ona görə ki qəhrəman o kəsə deyirlər ki o bəşəri ideyalar uğrunda qan tökür...

SAFAVI
26.09.2010, 22:40
bu kontekstdən məsələyə yanaşmağınızı doğru hesab etmirəm, ona görə ki qəhrəman o kəsə deyirlər ki o bəşəri ideyalar uğrunda qan tökür...

"besheri ideyalar ucun qan token" bashqa qutbden bir imepriya kopeyinin veteninde uzaqda qan ichmeyi kimi gorunur.
Hansi besheri ideyalar ugurnda qan tokub sizin "qehreman"? Rusun muselman qani tokmeyini yehudinin ve ya USA-nin muselman qani tokmeyinen ne kimi ustunlukler ayririr, cenab "obyektiv"?
Polynichkonun ermeniler terefinden oldurulmesi 4 versiyadan sadece biridir. Ne eceb sizden mehkeme qerarina esaslanmadan danishirsiniz.

SAPAND
27.09.2010, 21:12
Polyaniçkaya qəhrəman adın SSRİ verməli idi , ən azı Rusiya . O yaxşı əsgər olub və yuxarıdan verilən tapşırıqları başarıqla yerinə yetirib ...

Nizami63
27.09.2010, 21:18
Polyaniçkaya qəhrəman adın SSRİ verməli idi , ən azı Rusiya . O yaxşı əsgər olub və yuxarıdan verilən tapşırıqları başarıqla yerinə yetirib ...
və Azərbaycanın ərazi bütövlüyünü hər vəhclə təmin etməyə çalışıb....

Polad
23.10.2010, 10:21
Vezir Orucov
Terter rayonundan...
heqiqi qehreman..sozun esl menasinda...

Polad
05.11.2010, 11:48
Milli Qəhrəman: "Bu bizim məğlubiyyətimiz deyil"
Mirzə Quliyev: "1994-cü ilin 12 mayında bizə: "Döyüşü dayandırın, atəşkəs elan olunub" dedilər"

Dünya yenə qan ağlayırdı. Qaniçənlər silaha sarılıb günahsız insanların həyatlarına qıymışdılar. Kimsəyə rəhm etməmişdilər. Allahı o qədər unutmuş, şeytana satılıb azğınlaşmışdılar ki, onların ruhsuz bədənlərinə belə işgəncələr vermişdilər. Yəqin, tutduqları əməllərdən məmnun getmişdilər…
Şəhidlərin meyitləri helikopterlə daşınırdı. Onlardan birinin - şəhid körpə bir qızın məsum üzündə sanki bir suallar donub qalmışdı. «Mənim günahım nə idi? Qaniçən ermənilər niyə mənə belə bir ölüm qıydılar?», - deyə elə bil bizdən, bütün sağ qalanlardan soruşurdu… Ona baxdıqca qüruruma boğulub ağlayırdım.

Xocalı faciəsinin ildönümünə həsr olunmuş veriliş başa çatdı. Mən isə onun təəssüratlarından hələ çətin qurtularam. Divardan asılmış saata baxıram. Gün sona yaxınlaşır. Fevralın 26-dan 27-nə keçən gecədir. Amma bu başqa 26-dan 27-nə keçən fevral gecəsidir. Artıq 2010-cu ildir. Xocalı qətliamından on yeddi il keçir. Ancaq dərd elə həmin dərd, ağrı elə həmin ağrıdır.

İndi də televizorda xəbərlər proqramı başlayır. Diktor deyir, bu gün ermənilər yenə bir neçə nöqtədən mövqelərimizi atəşə tutublar. «Mövqelərimizi?». Hiddətlə düşünürəm: «Guya dayandıqları mövqelər kimindir? Bizi elə öz torpaqlarımızdan atəşə tuturlar». Düyünlənmiş yumruqlarımı gözlərimə sıxıram. Kirpiklərim yaşdır. Otağa göz gəzdirə-gəzdirə fikirləşirəm ki, nə yaxşı uşaqlarım indi şirin yuxudadırlar. Yoxsa nənəmin adını verdiyim dörd yaşlı qızım Xədicənin «Ata, niyə ağlayırsan?» sualına nə cavab verəcəkdim? Balaca uşağa bütün olub-keçənləri və hələ keçməmişləri necə anladacaqdım? Bəs oğlum Məcidağa? Düzdür, bacısından fərqli olaraq, o, bəzi mətləbləri artıq başa düşür. Mənim döyüşlərdə iştirak etdiyimdən də xəbəri var. Oxuduğu məktəbin dəhlizində divara Milli Qəhrəmanların şəkllərini asıblar. Orada mənim də şəklim asılıb. Müəllimləri dərsdə onlara Qarabağ müharibəsindən, ermənilərin torpaqlarımızı işğal etməsindən və qəhrəman oğullarımızdan danışıb. Ancaq indi məni ağlayan görsə, doqquz yaşlı uşağın dünyası qarışar. Axı onun nəzərində hələ də belədir: Atalar ağlamaz! Bəlkə bir gün böyüyüb özü hər şeyi başa düşəcək. Onda mən də oğluma o ağır döyüşlərdən danışacağam. Bəlkə də… Axı mən bu gün də müharibədən danışa bilmirəm. İçimə qapanıram. O illəri sözsüz-söhbətsiz anıram.
Hələlik oğluma yalnız uşaqlıq çağlarımdan - 1974-cü ilin 11 yanvarında dünyaya göz açdığım Bərdənin Saatlı kəndində keçən illərimdən danışıram. Atam Məcid traktorçu, anam kolxozçu idi. Valideynlərimiz bizə də zəhməti sevdirirdilər. Böyük bir ailədə böyüyürdüm. İki bacı, yeddi qardaşıq. Mən ailəmizin altıncı övladıyam. Davakar uşaq deyildim. Ancaq yanımda kimsənin incidilməsinə könlüm razı olmazdı. Onda hökmən meydana atılıb döyüləni müdafiə edərdim. Orta məktəbdə dərs əlaçısı sayılmırdım. Amma fəal idim. Elə qabaqcıllığıma görə şagird komsomol təşkilat komitəsinin katibi seçildim. Siniflərarası futbol yarışmalarında, o zamanlar məktəblərdə keçirilən hərbi-vətənpərvərlik yürüşlərində komandir olardım. Uşaqlıqda başqa arzularla yaşayırdım. Amma bu arzuların ömrü heç mən orta məktəbi qurtaranadək də olmadı. 1988-ci ildən siyasi çaxnaşmalar başladı. Bundan istifadə edən ermənilər yenə bizdən torpaq almaq xəyalına düşdülər. Sonra da müharibə… Müharibə həmyaşıdlarımın çoxu kimi, mənim də həyatımı dəyişdi. Bizim doğma Saatlı kəndindən də cəbhəyə gedən oğullar var idi. Onlar arabir kəndə gələndə özləri ilə döyüş xəbərləri gətirdilər. Bəlkə elə onda anlamağa başladıq ki, müharibə bizim bir-iki il əvvələdək yoldaşlarımızla həyətimizdə, kəndimizdə oynadığımız dava-dava oyunu deyil. 1991-ci ildə orta məktəbi bitirdik. Artıq fikirlərimizdə, düşüncələrimizdə yalnız müharibə var idi. Bir gün kəndə ilk şəhid tabutu gəldi. Analarımızın naləsini eşitdik. Bütün kənd ilk şəhidinə yas tutdu. Bizim kimi gənclərin hiddəti coşub-daşırdı. Heç çağırış gününü də gözləmədən döyüşə getmək istəyirdim. Könüllü gedənlər az deyildi. Elə əmim oğlu Adil də o vaxt könüllü döyüşürdü. Anamın nəzərində hələ balacaydım. Gözlərinin yaşını tökürdü: «Axı sən hələ çox uşaqsan», - deyirdi. Onsuz da gedəcəkdim. Çağırış gününü gözləyirdim.

1992-ci ilin 25 avqustunda Bərdə rayon Hərbi Komissarlığı tərəfindən əsgəri xidmətə çağırıldım. Bir dəstə uşaqla Naxçıvan Muxtar Respublikasına göndərildim. İlk döyüş təlimlərinə başladıq. Mexaniklər və tuşlayıcı-atıcılar hazırlayırdılar. Mən tuşlayıcı-atıcılığı seçdim. Bir aylıq hərbi təlimlərdən sonra döyüşə göndərildik. Naxçıvanın Sədərək rayon ərazisində PDM tuşlayıcı-atıcısı kimi döyüşə başladım. Batabat ərazisində gedən döyüşlərdə vuruşdum. On bir aylıq hərbi xidmətdən sonra Naxçıvandan Ağdama gəldik. 1993-cü ilin 28 iyulundan Ağdam, Füzuli, Tərtər və Ağdərə rayonları uğrunda gedən döyüşlərdə iştirak etdim.

Çox gənc idik. Amma neyləmək olardı. Müharibə sanki bizimalın yazımıza dönmüşdü. Hərbi xidmətə çağırış yaşı artıq döyüşçü yaşı hesab olunurdu. İlk dəfə atəş səsini eşidəndə həyəcanlanırdıq. Qorxu hissi də var idi. Kim deyir ki, mən döyüşdə qorxunun, həyəcanın nə olduğunu bilməmişəm, yalan danışır. Döyüşdən-döyüşə başqa hisslər hakim kəsilirdi qəlbimizə. Bütün batalyon üzvləri – komandirli, zabitli, əsgərli bir ailəyə dönmüşdük. Qardaş kimi əziz olmuşduq bir-birimizə. Bizim batalyon həmişə ön cəbhədə olurdu. Döyüşdüyümüz yerlərdə əhali ya evindən tamamilə çıxıb getmişdi, ya da bir az aralıda, kəndin, qəsəbənin içərisində idilər, biz onları görmürdük. Ön cəbhə həmişə sərvaxtlıq tələb edir. Ən gözlənilməz zamanda düşmən qəflətən hücum edə bilər. Bunu bir an belə yaddan çıxarmaq olmazdı. Ancaq elə ki, döyüş meydanlarına sakitlik çökürdü, həyat sevgisi ölüm barədə düşüncələrə qalib gəlirdi. Ciyərlərimizə çəkdiyimiz havanın qan qoxusu gənclik arzularının içərisində bir müddət unudulurdu. Birdən döyüş həyəcanı verilirdi. İndicə tikəni böldüyün, deyib-güldüyün, müharibədən sonra toyunda iştirak edəcəyini dediyin yoldaşlarından kimisi ağır yaralanıb ömürlük şikəst olur, kimisi qollarının üstündə can verirdi. Onda gücü gəldikcə bağırmaq istəyirdi Azərbaycan əsgəri: «Axı, ay erməni, sənin mənim torpaqlarımda nə işin var? Niyə mənim qardaşımı yaşamağa qoymadın?». Müharibə qorxusu, həyəcanı qisas hissinə çevrilir, bizi döyüşdən-döyüşə aparırdı. Necə qəzəblənməyəydik? Torpağı talan edilən, yurd-yuvası dağıdılan, günahsız soydaşları şəhid olan, əsir götürülən biz idik. Buna görə Azərbaycan döyüşçülərində vətənpərvərlik ruhu güclü idi. Bəzən bizə əmr verilirdi ki, hansısa bir kəndimizi erməni işğalçılarından azad edək. Döyüşə atılırdıq. İtkilərimiz də olurdu. Ancaq həmin kəndi geri alırdıq. Sonra əmr gözləmədən keçib başqa bir kəndi də düşmənlərdən təmizləyirdik. İndi də düşünürəm: O döyüş ruhu ki biz Azərbaycan əsgərlərində var idi, düşmən bir qarış da torpaq ala bilməməli idi.

Bir dəfə Ağdərənin Seysulan kəndindəydik. Ağdamın Şotlandı kəndi istiqamətində yolda 5-6 tank göründü. Arxasınca tanklar düzülmüşdü. Uşaqlar 17 tank saymışdılar. Bizim batalyonda isə cəmi bir tank, bir PDM var idi. Komandir müavinimiz rəhmətlik Hacı Sadıqov idi. Çox yaxşı döyüşçü, savadlı komandir idi. O bizə əmr etdi ki, tanklar yaxınlaşanadək gözləyək. Ermənilərin topla dağıtdığı uçuq evlərdən birinin arxasında PDM-də dayanıb komandirin əmrini gözləyirdim. Düşmən tankları piyada döyüşçülərimizə tərəf irəliləyirdilər. Onların tuşuna çata-çatda PDM ilə evin arxasından çıxdıq. Əlimi pulemyotun düyməsinə basdım, düşmən tanklarını aramsız atəşə tutdum. Ermənilər üçün gözlənilməz oldu. Uşaqlar da qranatomyotla atəş yağdırırdılar. Ermənilərdə bir adət var idi: birini vurdunsa, qalanları irəli keçə bilmir, geri qayıdırdılar. Qabaqda gələn tankı vurdum. Döyüşçülərimiz də dayanmadan atəş açırdılar. Düşmənlərin qalan tankları geri döndülər. O döyüşdə yaralılarımız oldu, ancaq nə şəhid verdik, nə də texnika itirdik.

…O günlər tez-tez kino lenti kimi gözlərimin önündən keçir. Həmin həyəcanı o zamanlar olduğu kimi duyuram. Yuxuda heç zaman müharibəni, döyüşləri görmürəm. Yəqin, ona görə ki, o günlər mənim üçün yuxuya çevrilə bilməz. Onlar mənim aləmimdə indi də gerçəyin özüdür. Təkcə mühasirəyə düşməyimizi yuxu kimi xatırlayıram…

Müstəqilliyini yeni bərpa edən respublikamızın ordusu hələ tam formalaşmamışdı. Hərbi hissələrimiz arasında əlaqə sıx qurulmamışdı. Hamımızı idarə edən vahid komandanlıq yox idi. 1994-cü ilin 6 martında komandirimiz mənimlə mexanikə tapşırdı ki, PDM ilə gedib vəziyyəti öyrənək, görək sol tərəfimiz boş deyil. Kəndin sağ tərəfini bil, sol tərəfini onlar qoruyurdu. İrəlidə həmin hissənin komandirini gördük. Mənə dedi ki, bizim uşaqlar irəlidədirlər, onlara səksən nəfər əlavə qüvvə göndərmişik, sən də get köməyə. Komandir getdi. Mən ratsiya ilə hissəmizə xəbər verdim ki, problem yoxdur, sol tərəfimizdə qüvvə var. Sonra PDM ilə irəliləməyə başladıq. Mən başımı PDM-dən çıxarmışdım. Qabaqda adamlar görünürdü. Hamısının əynində qoyun dərisindən ağ rəngli kürk vardı. Əvvəllər ondan generallar geyinərdi. Təəccübləndim. Döyüşçülərimizin geyimlə təminatı yaxşı deyildi. Fikrimdən keçdi ki, nə əcəb bizim əsgərlərə belə isti paltarlar veriblər. PDM-miz onların yanlarından ötüb keçirdi. Artıq ağ kürklü döyüşçülərin əhatəsindəydik. Onlar da bizi özlərininki bilmişdilər. Qəflətən atəş açmağa, bağırmağa başladılar. Bəlkə də onların hərbi texnikalarında xüsusi nişan olur, ondan bildilər, ya da ratsiya ilə xəbər aldılar. Başa düşdüm ki, aldanıb ermələrin arasına düşmüşük. Cəld özümü PDM içərisinə atdım. Mexanikə tapşırdım: «Sağa tərəfə sür, çıxaq burdan, ermənilərin içindəyik». Pulemyotu arxaya çevirdim, atəş yağdıra-yağdıra mühasirəni yarıb çıxdıq.

Polad
05.11.2010, 11:50
Qayıdanda mənə «köməyə get», - deyən komandiri gördüm. Dedim, bizi qırğına saldın. Cavab verdi ki, mən elə bildim uşaqlarımız qabaqdadırlar. Demə, komandirin dediyi kimi, kömək gedib, sonra başqa istiqamətdən geri qayıdıblar. Bizim batalyonun döyüşçüləri irəliləyəndə vəziyyətin nə yerdə olduğunu görüb, geri qayıdıblar. Biz də onların yanına getdik. Sol tərəfimiz müdafiəsiz qaldığından, bir gün sonra - martın 7-si o kənddən geri çəkilməli olduq. Martın 8-də quyu kimi bir yer var idi. Üstünü basdırdıq, orda gecələdik.

Qohum-əqrabamdan tez-tez xəbər tuta bilmirdim. Döyüşlərdə olduğum müddətdə valideynlərim, qardaşım cəmi iki dəfə yanıma gəldilər. Razı deyildim gəlsinlər. Çünki onlar gedəndən sonra çox narahat olurdum. Özüm isə yalnız bir il səkkiz aydan sonra bir dəfə gecə evimizə gedib qaldım, səhər də geri döndüm. Komandir icazə vermirdi. Ona görə ki, bizim dəstədə yalnız bir PDM var idi, onun da yeganə tuşlayıcı-atıcısı mən idim.

Həkimlə təmin olunmuşduq. Amma təcili yardım maşınları döyüş gedən ərazilərə girə bilmirdilər. Ona görə də PDM-lərimizlə həm də onlara kömək edirdik.

Məndən sonra qardaşım Vidadi, əmim oğlu Ələmdar da könüllü döyüşə getmişdilər. Ələmdarla eyni istiqamətdə döyüşürdük. O, Ağdamın Güllücə, mən isə Tərtərin Şotlandlı kəndindəydim. Ancaq bir-birimizdən xəbər tuta bilmirdik.

1994-cü ilin yazı gəlmişdi. Tərtər uğrunda gərgin döyüşlər gedirdi. Orda itkimiz də çox oldu. Amma düşməni Tərtərə keçməyə qoymadıq. Aprelin 24-dən mayın 12-nə, atəşkəsədək hər gün ermənilər bizə hücum etdilər. Yaz yağışları da ara vermirdi. Üst-başımızı qurutmağa imkan tapmırdıq. İndi o günləri yadıma salanda özüm də təəccüblənirəm. Başqa vaxt bir az soyuqlayanda xəstələnirsən, onda yaş paltarda, soyuq səngərdə, döyüş meydanında vuruşurduq. Heç birimiz xəstələnmirdik. Bəlkə də gənclik enerjisi soyuğa, xəstəliyə qalib gəlirdi. O zaman 21 yaşım var idi. Döyüş yoldaşlarımın əksəriyyəti mənim kimi çağırış yaşlı gənclər idi.

Mayın 10-da döyüşlər səngiyəndə Qaradağlı kəndinə getdim. Orda qohumlarım yaşayırdı. Evdən, qohum-əqrəbadan xəbər tutmaq istəyirdim. Ürəyim neçə gün idi heç rahatlıq tapmırdı. Onlar yasda idilər. Qonşuları dedi ki, Vəkil müəllimin qaynı rəhmətə gedib. Vəkil müəllim əmim qızının həyat yoldaşıdır. Hissəyə qayıdıb, ilk dəfə komandirdən icazə istədim: «Əmim oğlu rəhmətə gedib, bir günlük yasa gedib-qayıdım». Komandir razılıq vermədi: «Bilirəm. Qardaşınla əmin oğlu sənə icazə almağa gəlmişdilər. Vermədim. Sən getdin, döyüş olsa, bu uşaqlar neyləyəcəklər?». «Bir günlük. Heç olmasa, yeddisinə gedim» dedim. Komandir razılıq verdi. Əmim oğlu Ələmdar Quliyev mayın 2-də şəhid olmuşdu. Yeddisinə çatdım. Səhəri gün hərbi hissəyə qayıtdım. Mayın 10-u dəhşətli bir döyüş oldu. Ələmdar kimi şəhid oğulların qisası məni dəli edirdi. Komandirimiz həmişə döyüşlərdən sonra məni danlayırdı ki, ehtiyatlı deyiləm.

1994-cü ilin 12 mayında bizə: «Döyüşü dayandırın, atəşkəs elan olunub» dedilər. Təqdimatlar komandirimiz tərəfindən verildi. Respublika prezidentinin 15 yanvar 1995-ci il tarixli fərmanı ilə «Hərbi xidmətlərə dörə» medalı, 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə «Azərbaycanın Milli Qəhrəmanı» fəxri adına layiq görüldüm. 1995-ci ildə Polis Akademiyasının qiyabi şöbəsinə daxil oldum. 1996-cı ilin oktyabrında ordudan tərxis olundum. Daxili işlər orqanlarına işə göndərildim. İndi Nəsimi rayon 20-ci polis bölməsində əməliyyat müvəkkiliyəm. Kapitanam.

Beş illik döyüşçü həyatından sonra Bakıda sinif yoldaşım Sevinclə bir-birimizi yenidən tapdıq. O, tələbəydi. Bir-birimizi sevdik, evləndik. İndi iki övladımız var. Oğlum Məcidağa deyir, böyüyəndə mən də polis olacağam. Uşaqdır. Fikrini dəqiqləşdirməyinə hələ vaxtı var. Bircə istəyim var: bu problemi övladlarımıza saxlamayaq. Torpaqlarımızı biz geri qaytaraq. Onlar azad, müstəqil Azərbaycanı inkişaf etdirsinlər.

Torpaqlarımız uğrunda döyüşlərdə çox mərd oğlullarımız həlak oldu. Elə təkcə bizim hərbi hissənin 40-ə yaxın zabit-əsgər heyətinin, demək olar ki, yarısı şəhid oldu. Qalanların da çoxu müharibə əlilidir. Bizim hərbi hissənin on üç Milli Qəhrəmanı var. Onlardan səkkizi şəhiddir. Arif Qubadov isə keçən il sentyabrın 24-də Gülhanədə rəhmətə getdi. Müharibədə tapdığı xəstəlik onu da həyatdan vaxtsız apardı…
O cür vətənpərvərləri olan Vətənimizin torpaqları işğal altındadır, ana-bacılarımız əsirlikdədir. Yox, bu bizim – döyüşən oğlulların məğlubiyyəti deyil. Hərə öz üzərinə düşən işi görsəydi, torpaqlarımızı itirməzdik. Mən bir əsgərəm. O vaxt olduğu kimi, bu gün də Vətənimə borcumu qaytarmağa hazıram. Mənim kimi sinəsini düşmən gülləsinə sipər etməyə hazır olan oğullarımız çoxdur. Baş komandanın əmrini gözləyirik.

Patriot
06.11.2010, 08:03
Bu gün Azərbaycanın iki hərbçişinin-Milli Qəhrəman Mübariz İbrahimov və zabit Fərid Əhmədovun meyiti Azərbaycana qaytarılacaq. Meyitlərin dəyişdirilməsi əməliyyatı bu gün saat 16.00 radələrində cəbhənin Ağdam rayonu istiqamətində baş tutacaq.
Azərbaycan bir müddət əvvəl cəbhə xəttində öldürülən Ermənistan vətəndaşı, 81 yaşlı Qavruşa Arustamyanın meyitini qarşı tərəfə təhvil verəcək. Ermənilər isə Mübariz İbrahimov və Fərid Əhmədovun meyitlərinin qaytaracaqlar.

Nizami63
27.11.2010, 08:53
xahiş edirəm ki, " Müsavat " qəzetinin əməkdaşı Leyla İLqarın xalqımızın böyük oğlu Məhəmməd Əsədovdan bəhs aşağıdakı yazısını diqqətlə oxuyaınız :

http://www.musavat.com/img/mid/18614.jpg (http://www.musavat.com/new/G%C3%BCnd%C9%99m/89690-%E2%80%9CPLA%C5%9EINI_GEY%C4%B0ND%C4%B0,_D%C4%B0PL OMATINI_G%C3%96T%C3%9CRD%C3%9C_V%C6%8F_GETD%C4%B0. ..%E2%80%9D)

Reportyor
29.03.2011, 15:35
Bu gün Azərbaycanın Milli qəhrəmanı İlqar İsmayılovun doğum günüdür. İlqar Sədi oğlu İsmayılov 1959-cu il martın 29-da Bakı şəhərində anadan olub. O, Daxili İşlər Nazirliyinin kapitanı rütbəsində bir çox döyüşlərdə, o cümlədən, Şuşanın Malibəyli, Meşəli kəndlərində, Ağdam rayonu ərazisindəki döyüşlərdə iştirak edib. Onun rəhbərliyi altında kəşfiyyat əməliyyatları həyata keçirilib, ermənilər tərəfində döyüşən bir neçə xarici vətəndaş əsir götürülüb.

1992-ci ilin payızında onun rəhbərlik etdiyi 128 nəfərlik dəstə düşmənə ağır zərbə vuraraq Laçın rayonu ərazisində Qızartı yüksəkliyini ələ keçirib, igid komandir oktyabrın 1-də qəhrəmancasına həlak olub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Bakı küçələrindən biri onun adını daşıyır, 45 saylı orta məktəbin önündə büstü qoyulub.

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Etibar İsmayılovun da doğum günüdür. Etibar Bəylər oğlu İsmayılov 1964-cü il martın 29-da Ağcabədi rayonunun Hindarx kəndində anadan olub. O, 1990-cı ildən başlayaraq torpaqlarımızın müdafiəsində fəal iştirak edib, Ağdam özünümüdafiə batalyonunda vuruşubr, Naxçıvanik, Şelli, Xocavənd istiqamətlərində qəhrəmanlıq nümunələri göstərib. 1994-cü il yanvarın 4-də Xocavənd rayonu Qarakənd kəndi istiqamətində kəşfiyyat qrupunun tərkibində düşmənlə qeyri-bərabər döyüşə girib, axıra qədər vuruşub, güllələri qurtardıqdan sonra son qumbrası ilə düşmən tankının altına atılıb, düşmənin tankını sıradan çıxarıb, canlı qüvvələrini məhv edib, özü də qəhrəmanlıqla həlak olub və əsgər yoldaşlarının mühasirədən çıxmasına şərait yaradıb. Cəsədi döyüş meydanında qalıb.

Hindarx orta məktəbi onun adını daşıyır, məktəbin önündə büstü qoyulub.

İlğım
29.03.2011, 15:47
Allah ikisinə də rəhmət eləsin.
Repo, çox sağol məlumat üçün.

Antic_girl
31.03.2011, 15:48
Fəxrəddin Vəliyəddin oğlu Nəcəfov 1967-ci il martın 31-də Bakı şəhərində anadan olub. O, 1991-ci ildə könüllü olaraq cəbhəyə gedib, Goranboy, Ağdam istiqamətlərində rəşadətlə vuruşub, Dağlıq Qarabağın Canyataq və Gülyataq kəndləri yaxınlığındakı döyüşlərdə xüsusi qəhrəmanlıq göstərib. 1992-ci il sentyabrın 4-də Ağdərənin Çıldıran kəndi istiqamətində gedən döyüşdə bölük komandiri kimi vuruşub, qəhrəmancasına həlak olub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn olunub. Nəsimi rayonunda 266 saylı məktəb onun adını daşıyır, məktəbin həyətində büstü qoyulub.

Allah Rətmət Eləsin!

İlğım
05.04.2011, 10:54
Bu gün Azərbaycanın milli qəhrəmanları Şövqiyar Abdullayev və Etibar Hacıyevin doğum günüdür.
Şövqiyar Cəmil oğlu Abdullayev 1969-cu il aprelin 5-də Göyçə mahalı Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. O, 1992-ci ilin əvvəllərində könüllü olaraq Milli Orduya yazılıb. Tank komandiri kimi Ağdamın Papravənd, Pircamal, Aranzəmin, Abdal-Gülablı kəndləri, Ağdərə rayonu istiqamətində rəşadətlə vuruşub. 1992-ci il avqustun 27-də Dronbon kəndi yaxınlığında əsgər yoldaşlarını mühasirədən çıxarmaq üçün qeyri-bərabər döyüşə girib və qəhrəmanlıqla həlak olub. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib. Bakının küçələrindən biri onun adını daşıyır.

Etibar Firidun oğlu Hacıyev 1971-ci il aprelin 5-də Qərbi Azərbaycanın Zod kəndində anadan olub. O, 1991-ci ilin oktyabr ayından başlayaraq könüllü özünümüdafiə taburunun tərkibində Böyük Canbar, Kiçik Canbar, Buzlaq, Erkəc kəndləri, Çəpərqaya yüksəkliyi uğrunda gedən döyüşlərdə fədakarlıq göstərib. 1992-ci ilin iyunun 15-də Goranboy rayonunun Ağcakənd qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Göygöl rayonunda Şəhidlər Xiyabanında dəfn edilib. Göygöl rayonu Yeni Zod kəndinin küçələrindən biri onun adını daşıyır. Allah rəhmət eləsin!

İlğım
10.04.2011, 09:04
Bu gün Milli qəhrəman Şahlar Hüseynov Marquşavan kəndi uğrunda döyüşlərdə həlak olub.
Şahlar erməni vəhşilərinin 1992-ci il 25-26 fevral Xocalıda törətdikləri hadisədən sonra könüllü olaraq Gəncə batalyonuna daxil olur. O, erməni dilini təmiz bildiyi üçün kəşfiyyata həmişə tək gedər çox mühüm məlumatlarla dönərdi. 10 aprel 1992-ci il Şıxarx (keçmiş Marquşevan) kəndinə hücum edən erməni qəsbkarlarının hücumunun qarşısı alınır, bu döyüşdə Şahlar Hüseynov şücaət göstərərək qəhrəmancasına həlak oldu. Qəhrəman ailəli olmamışdır.

Antic_girl
14.04.2011, 09:18
Alı Mustafa oğlu Mustafayev 1952-ci il aprelin 14-də Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub. O, çevik, qorxmaz bir telejurnalist idi, tez-tez müharibənin qaynar nöqtələrində olur, reportajlar hazırlayırdı. 1991-ci il noyabrın 20-də növbəti dəfə qaynar nöqtəyə yollanıb, onun uçduğu vertolyot düşmən terrorçuları tərəfindən vurulub, o dövlət və hökumət adamları, xarici müşahidəçilərlə birlikdə həlak olub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Bakıda 202 saylı orta məktəb, küçələrdən biri onun adını daşıyır.

Allah Rəhmət Eləsin. Qəbri Nurla Dolsun!!!

Antic_girl
18.04.2011, 11:53
Rasim Səxavət oğlu İbrahimov 1962-ci aprelin 18-də Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu Çilov adasında anadan olub. O, zabit kimi Almaniyada, Azərbaycanın müxtəlif rayonlarında xidmət keçib. 1991-ci ildə Füzuli rayonunda özünümüdafiə taboru yaradıb, komandirlik edib. Füzuli rayonunun müdafiəsində rəşadətlə vuruşub. 1992-ci il iyunun 26-da Tuğ kəndi uğrunda ağır döyüşə girib, düşmənə ağır zərbə vurub, ermənilər əlavə qüvvə gətirdikdən sonra mühasirəyə düşüb, yaralanıb, lakin döyüşə axıra qədər rəhbərlik edib. Son nəfəsində düşmən əlinə düşməmək üçün özünü qumbara ilə partladıb və həlak olub. Cəsur komandirin son sözləri belə olub: “Azərbaycan zabiti heç vaxt düşmənə təslim olmayacaq”. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Vaxtilə təhsil aldığı 131 saylı orta məktəb onun adını daşıyır, Çilov adasında abidəsi ucaldılıb, adına bağ salınıb.

Allah Rəhmət Eləsin!

Antic_girl
19.04.2011, 11:15
Tofiq Mirsiyab oğlu Hüseynov 1954-cü il aprelin 19-da Xocalı şəhərində anadan olub. Xocalı şəhər orta məktəbində hərbi hazırlıq müəllimi işləyib, kapitan rütbəsinə qədər yüksəlib. O, 1991-ci ildə Xocalı özünü müdafiə taborunun komandiri olub, “Mixaylo” ləqəbi ilə tanınıb. O, rəhbərlik etdiyi taborla birlikdə Meşəli, Naraguğ, Mehdikənd və digər istiqamətlərdə qəhrəmanlıqla vuruşub, düşmənin hərbi texnikalarını məhv edib. Mehdikənd əməliyyatı zamanı düşmənin artilleriyası, “Alazan” qurğusu məhv edilib, xeyli erməni öldürülüb, 10 nəfər əsir götürülüb. Bu əməliyyata görə ona mayor rütbəsi verilib. O, 1992-ci il fevralın 26-da düşmənlə axıra qədər vuruşub, dinc əhalinin xeyli hissəsinin təhlükəsiz yerə çıxmasını təmin edib. O, axırıncı gülləsinə qədər döyüşüb, sonda qumbara ilə özünü partladıb, 10 nəfərə yaxın ermənini də məhv edib. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

Allah Rəhmət Eləsin

Antic_girl
20.04.2011, 11:04
Qəhrəmanlar unudulmur!

Rəfael Hacı Şərafət oğlu Həbibov 1964-cü aprelin 20-də Şirvan şəhərində anadan olub. Leytenant Rəfael Həbibov Əfqanıstanda döyüş yolu keçib, 1992-ci ildə Milli Ordunun sıralarına daxil olub, Qarabağın Təzəkənd, Narışlar, Zod, Ala Qaya, Çərəkdar, Ağdaban, Çapar kəndləri uğrunda döyüşlərdə rəşadətlə vuruşub, Kəlbəcər döyüşündə düşmənin bir zirehli maşınını heyəti ilə birlikdə məhv edib. 1992-ci il iyulun 7-də Kəlbəcər yaxınlığında döyüşdə qəhrəmanlıqla həlak olub. Şirvan şəhər qəbiristanlığında dəfn edilib. Oxuduğu 14 saylı məktəb onun adını daşıyır, məktəbin qarşısında büstü qoyulub.

Patriot
20.04.2011, 11:15
Allah bütün şəhidlərimizə rəhmət eləsin, İnşallah qanları yerdə qalmaz.
Antic, çox sağol ki, sən bizim qəhrəmanları yad edirsən.

Antic_girl
25.04.2011, 13:38
Albert Aqarunoviç Aqarunov 1969-cu il aprelin 25-də Bakı şəhərində anadan olub. Qarabağ müharibəsi başlayandan sonra könüllü olaraq cəbhəyə yollanıb, tank komandiri təyin edilib və Şuşada döyüşlərə başlayıb. Onun tankçı ekipajı tezliklə bütün cəbhə xəttində şöhrət qazanıb, Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində düşmənə ağır zərbələr vurub, onlarla yaraqlını və xeyli hərbi texnikanı məhv edib. 1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə düşmənin 2 tankını və digər texnikalarını məhv edib, lakin qeyri-bərabər döyüşdə qəhrəmanlıqla həlak olub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Vaxtilə təhsil aldığı 154 saylı məktəb onun adını daşıyır, məktəbin önündə büstü qoyulub.

Allah Rəhmət Eləsin

Antic_girl
27.04.2011, 09:13
Mikayıl Əhəmdiyyə oğlu Cəbrayılov 1952-ci il aprelin 27-də Şəki rayonun Oxut kəndində anadan olub. O, milis zabiti kimi 1990-cı ildə Qarabağa ezam olunub, Cəmilli kəndinin müdafiəsində fəal iştirak edib. Mikayıl Cəbrayılov 1990-cı il dekabrın 15-də başçılıq etdiyi dəstə ilə birlikdə Cəmilli-Kosalı yolunda erməni yaraqlılarının pusqusuna düşüb, düşmənlə axıra qədər vuruşub, yaralansa da döyüş meydanını tərk etməyib, düşmənin qarşısını kəsərək, yaralıların təhlükəsiz yerə çıxarılmasını təmin edib, sonda qəhrəmanlıqla həlak olub. Şəki rayonun Oxut kəndində dəfn edilib. Şəki şəhərində küçələrin biri onun adını daşıyır.

Allah Rəhmət Eləsin

Antic_girl
02.06.2011, 09:29
Araz Bahadır oğlu Səlimov 1960-cı il iyunun 1-də Xocalı şəhərində anadan olub. O, 1990-cı ildə könüllü olaraq Xocalı batalyonuna yazılıb, pulemyotçu kimi dəfələrlə ermənilərin hücumlarının qarşısını alıb, 1992-ci il fevralın 26-da öz pulemyotu ilə düşmənə qarşı son gülləsinə qədər vuruşub, onlarla dinc əhalinin düşmən caynağından xilas olmasına şərait yaradıb. Erməni yaraqlıları onun izinə düşərək ələ keçirib və Əsgəranda vəhşicəsinə qətlə yetiriblər. Ağdam şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

Allah Rəhmət Eləsin

Antic_girl
06.06.2011, 11:06
Cavanşir İzzət oğlu Rəhimov 1973-cü il iyunun 5-də Qax rayonu Qaşqaçay kəndində anadan olub. O, 1992-ci ildə Milli Ordunun sıralarında hərbi xidmətə başlayıb, hərbi vertolyotun bort atıcısı olub, dəfələrlə düşmənə qarşı hava döyüşlərində sücaət göstərib, sərrast atəşlə düşmənin onlarla canlı qüvvəsini məhv edib, çoxlu sayda hərbi obyektlərini dağıdıb. O, 1992-ci il avqustun 6-da düşmənə qarşı 2 hərbi uçuşda iştirak edib, gərgin döyüşdə yaralanıb, lakin komandirin təkidinə baxmayaraq yenidən səmaya qalxıb və bu son döyüşdə qəhrəmanlıqla həlak olub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Bakının Suraxanı rayonundakı 146 saylı məktəb onun adını daşıyır, Qaraçuxur Qəsəbə parkında büstü qoyulub.

Antic_girl
06.06.2011, 11:09
Faiq Alış oğlu Ağayev 1969-cu il iyunun 6-da Ağdam rayonu Papravənd kəndində anadan olub. O, 1990-cı ilin sentyabr ayından Ağdam rayonunun milis (polis) alayının tərkibində düşmənə qarşı vuruşub, Dağlıq Qarabağın bütün kəndlərinin müdafiəsində xüsusi sücaət göstərib. 1991-ci il dekabrın 23-də Meşəli kəndi ermənilərin hücumuna məruz qalıb, Faiq Ağayev kiçik bir dəstə ilə kəndin kənarında mövqe tutub, düşmənin qarşısını alıb, həlak olub, ölümü ilə dinc əhalinin kəndi tərk etməsinə şərait yaradıb. Ağdam rayonu Papravənd kəndində dəfn edilib.

Zabit Adil oğlu Quliyev 1975-ci il iyunun 6-da Kürdəmir rayonu Ərəbxana kəndində anadan olub. O, 1993-cü ilin sentyabrında Milli Ordunun tərkibində düşmənə qarşı vuruşub, Füzuli, Ağdam, Ağdərə, Tərtər bölgələrində qəhrəmanlıq nümunələri göstərib, sərrast atəşlə düşmənin ağır texnikasını sıradan çıxartmaqda ad qazanıb, təkcə Tərtərin Seysulan kəndi uğrunda gedən döyüşlərdə düşmənin 4 tankını vurub. Hazırda Vətənə, Xalqa xidmətini davam etdirir.

Mövsüm Şahin oğlu Məmmədov 1967-cil iyunun 6-da Xocalı rayonu Kosalar kəndində anadan olub. O, 1992-ci ildə milis (polis) sıralarına daxil olub, Meşəli, Kocalar və digər kəndlərin müdafiəsində fəal iştirak edib. 1992-ci il ərzində Xocalının müdafiəsində fədakarlıqla vuruşub, dinc əhalinin xilas edilməsində xüsusi sücaət göstərib. Hazırda Daxili İşlər Nazirliyinin orqanlarında fəaliyyətini davam etdirir, polis polkovnik-leytenantıdır.

Vəzir İsa oğlu Sədiyev 1961-ci il iyunun 6-da Borçalının Aşağı Qullar kəndində anadan olub. O, peşəkar zabit kimi Sovet ordusunda xidmət edib, artilleriya və raket qoşunları tərkibində hərbi hissənin qərargah rəisinin müavini olub, 1992-ci ilin avqustunda Milli Ordumuza qayıdıb, mayor rütbəsində Artilleriya və Hərbi Hava Qüvvələri sistemində çalışıb, Laçın, Qubadlı, Füzuli, Ağdərə istiqamətlərində döyüşlərdə fəal iştirak edib, əsl hərbçi kimi ad çıxarıb. O, 1993-cü il fevralın 19-da Ağdərənin Aterk kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

Antic_girl
10.06.2011, 09:05
Bəxtiyar Əzizağa oğlu Allahverdiyev 1974-cü il iyunun 10-da Bakı şəhərində anadan olub. O, 1992-ci il Milli Ordunun sıralarında hərbi xidmətə başlayıb, Füzuli, Murovdağ əməliyyatlarında, Qubadlının müdafiəsində, 1994-cü ildə Tərtər və Ağdərə istiqamətində ağır döyüşlərdə iştirak edib, qəhrəmanlıqla vuruşub. Hazırda polis sıralarında çalışır.

Şikar Davud oğlu Aslanov 1970-ci il iyunun 10-da Cəbrayıl rayonunun Süleymanlı kəndində anadan olub. O, 1990-cı ildən Cəbrayıl rayonunda milis (polis) sıralarına daxil olub, doğma rayonun və yaxın ərazilərin müdafiəsində fəal iştirak edib, 1992-ci ilin iyun ayında Sur kəndi uğrunda döyüşlərdə xüsusi fərqlənib, idarə etdiyi döyüş maşını ilə düşmənin bir neçə atəş nöqtəsini məhv etməklə döyüşün taleyini həll edib. O, 1992-ci il iyulun 2-də “Şayaq” əməliyyatı zamanı başından yaralanıb və həlak olub. Doğulduğu Süleymanlı kəndində dəfn edilib, kəndin orta məktəbi onun adını daşıyır.

Allah Rəhmət Eləsin

Antic_girl
13.06.2011, 08:03
İsrafil Şahverdi oğlu Şahverdiyev 1952-ci il iyunun 11-də Laçın rayonu Unannovu kəndində anadan olub. O, milis (polis) zabiti kimi Qarabağ müharibəsində fəal iştirak edib, onun bacarığı nəticəsində erməni casusları zərərsizləşdirilib, Salatın Əsgərovanın qatillərinin ələ keçirilməsində müstəsna rol oynayıb. Onun rəhbərlik etdiyi rota 1992-ci ilin sentyabrında Hocaz yüksəkliyi və Hocaz kəndi uğrunda gedən döyüşlərdə xüsusi fəallıq göstərib, 1994-cü ilin yanvarında Füzuli rayonunun Horadiz qəsəbəsi və daha 4 kəndini düşməndən azad edib. Cəsur komandir 1994-cü il yanvarın 13-də Füzulinin kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Laçın rayonu orta məktəblərindən biri onun adını daşıyır.
Allah Rəhmət Eləsin

Antic_girl
16.06.2011, 11:23
Şakir Şamil oğlu Salahov 1966-cı il iyunun 15-də Xocalı rayonu Cəmilli kəndində anadan olub. O, 1990-cı il Cəmilli kəndində yaradılan polis bölməsində fəaliyyət göstərib, Cəmilli və Kosalar kəndlərinin müdafiəsində fəal iştirak edib, 1991-ci ilin fevralında Cəmilli kəndinə hücum edən erməni quldurlarına qarşı ölüm-dirim savaşına girib, onlarla düşməni məhv edib, 1991-ci il “Darlı” adlanan yerdə düşmənin üstün qüvvələrinə qarşı döyüşdə qəhrəmancasına vuruşub, 1992-ci il yanvarın 28-də ermənilərin vurduğu vertolyotda şəhid olub. Bərdə şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

Allah Rəhmət Eləsin

Antic_girl
18.06.2011, 11:28
Səfiyar Abuzər oğlu Behbudov 1967-ci il iyunun 18-də Bərdə rayonu Mollalar kəndində anadan olub. O, 1992-ci ildə Bərdə özünümüdafiə batalyonuna daxil olub, bölmə komandiri kimi Tərtər, Ağdam, Əsgəran istiqamətlərində döyüşlərdə rəşadətlə vuruşub. O, 1992-ci il martın 11-də Əsəgəran istiqamətində öz döyüş maşını ilə düşmənə qarşı hücuma keçib, düşmənin qüvvələrini dağıdaraq mühasirədə olan döyüşçüləri xilaş edib, sonra Əsgərana doğru irəliləyib, bu döyüşdə ağır yaralanıb və əsir düşüb. Düşmənin bütün işgəncələrinə baxmayaraq heç bir sirr verməyib. Ermənilər onun ayaqlarını məftillə bağlayıb üstünə neft töküb yandırıblar. Onun yanmış cəsədini sonradan geri almaq mümkün olub. Bərdə rayonu Mollalar kəndində dəfn edilib. Oxuduğu 6 saylı orta məktəb onun adını daşıyır.

Allah Rəhmət Eləsin

Antic_girl
20.06.2011, 08:02
Səfa Fətulla oğlu Axundov 1958-ci il iyunun 19-da Masallı rayonunda anadan olub. O, təyyarəçi zabit kimi keçmiş SSRİ-nin bir çox yerlərində çalışmış, həm də ictimai fəaliyyətlə məşğul olmuş, Riqada “Azəri” cəmiyyəti, sonra isə “Müsəlman Liqası”nın yaradıcılarından olmuş, 1989-cu ildə Vətənə qayıtmış, erməni işğalçılarına qarşı döyüş vertolyotunda vuruşmuşdur. O, bütün təhlükəli uçuşlarda iştirak edir, daha çox döyüş məntəqələrinə silah, sursat daşıyır və oradan dinc əhalini çıxarırdı. 1992-ci il yanvarın 28-də onun uçduğu vertolyot Şuşaya yaxınlaşarkən vuruldu, Səfa və 2 nəfər digər ekipaj üzvü vertolyotu çətinliklə şəhərdən uzaqlaşdırır, daha çox itkinin qarşısını alır, özləri də qəhrəmanlıqla həlak olurlar. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Cəlilabad şəhərinin mərkəzində büstü qoyulub, rayon mədəniyyət evi və küçələrdən biri onun adını daşıyır.

Allah Rəhmət Eləsin

Patriot
20.06.2011, 10:48
Gültəkin Əsgərova 20 noyabr 1960-ci ildə Bakı şəhərində dünyaya göz açıb. 1985-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Əmək fəaliyyətinə 8 saylı təcili yardım stansiyasında başlayıb, 1991-ci ildən Uroloji kliniki xəstəxanada işləyib.
Gültəkin Əsgərova 1992-ci ilin aprelindən konüllü cəbhəyə yollanıb, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərib. Aranzəmin yüksəkliyi uğrunda gedən döyüşlərdə 19 iyun 1992-ci ildə gəhrəmancasına həlak olub.
Gültəkin Əsgərova ailəli idi və bir qız övladı qalıb.
Azərbaycan Respublikası prezidentinin 20 noyabr 1993-cü il tarixli 31 saylı fərmanı ilə Əsgərova Gültəkin Məlik qızı ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Oxuduğu 200 saylı orta məktəbə onun adı verilib və büstü qoyulub, Xəzərdə üzən gəmilərdən biri qəhrəmanın adını daşıyır və gəmidə onun muzeyi yaradılıb, Bakının Nərimanov rayonundakı xəstəxananın önündə büstü qoyulub, bundan başqa Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin Tibbi biologiya kafedrası adını daşıyır və kafedrada xatirə lövhəsi vurulub.
Allah rəhmət eləsin!

Antic_girl
20.06.2011, 11:33
Vüqar Tofiq oğlu Hüseynov 1969-cu il iyunun 20-də Cəbrayıl rayonu Daşkəsən kəndində anadan olub. O, 1990-cı ildə Xüsusi Təyinatlı Milis (polis) Dəstəsinə daxil olub, Xocalı, Goranboy, Çaykənd istiqamətlərində rəşadətlə vuruşub. 1991-ci il iyulun 20-də Goranboy rayonunun Buzluq kəndi uğrunda gedən döyüşdə düşmənin üstün qüvvələrinin dəf edilməsində xüsusi fədakarlıq göstərib və qəhrəmanlıqla həlak olub. Doğulduğu Daşkəsən kəndində dəfn edilib. Oxuduğu orta məktəb onun adını daşıyır.

Allah Rəhmət Eləsin

Antic_girl
24.06.2011, 11:16
Əlif Lətif oğlu Hacıyev 1953-cü il iyunun 24-də Xocalı şəhərində anadan olub. O, 1974-cü ildən Daxili İşlər Nazirliyi orqanlarında işləyib, 1990-cı ildə Xocalı hava limanı daxili işlər bölməsinə rəis təyin edilib, erməni təxribatçılarına qarşı cəsarətlə mübarizə aparıb, Xocalı aeroportunu ermənilərin nəzarətindən tamamilə çıxardıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə səhərə qədər rəhbərlik etdiyi kiçik dəstə ilə erməni-rus qüvvələrinə qarşı rəşadətlə vuruşub, misilsiz qəhrəmanlıqlar göstərib, əsil cəngavər kimi son nəfəsinə qədər döyüşüb və döyüş meydanında şəhid olub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib, Bakının küçələrindən biri onun adını daşıyır.

Allah Rəhmət Eləsin

Antic_girl
28.06.2011, 09:12
Ənvər Səyyad oğlu Fərəcov - 1952-ci il iyunun 28-də Goranboy rayonu Sarov kəndində anadan olub. O, milis zabiti kimi 1991-ci ildən rayonun Todan milis (polis) bölməsinin rəisi təyin edilir, bütün döyüşlərdə fəal iştirak edir, 1991-ci il avqustun 18-də rəhbərlik etdiyi kiçik dəstə ilə düşmənə zərbə vurur, polis əməkdaşlarını mühasirədən çıxarır, həmin il sentyabrın 11-də polis əməkdaşları ilə birlikdə Erkəc, Mənəşli, Buzluq kəndlərini düşməndən müdafiə edir, düşmənin üstün qüvvələrini dəf edirlər, lakin qəhrəman zabit özü də həlak olur.
Goranboy şəhərində dəfn edilib, şəhərdə büstü qoyulub.

Allah Rəhmət Eləsin

Antic_girl
29.06.2011, 09:04
Elxan Qaçay oğlu Zülfüqarov 1954-cü il iyunun 29-da Füzuli rayonu Üçbulaq kəndində anadan olub. O, 1992-ci ildə Milli Ordu sıralarına qoşulub, bölmə komandiri kimi Laçın, Qubadlı, Zəngilan, Füzuli bölgələrində vuruşub, erməni və rus dillərini bildiyinə görə kəşfiyyatda xüsusi xidmətlər göstərib, 1994-cü il yanvarın 4-də əldə etdiyi kəşfiyyat məlumatları Füzuli rayonunun 19 kəndinin azad edilməsində əvəzsiz rol oynayıb, 1994-cü il yanvarın 5-də Şükürbəyli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

Allah Rəhmət Eləsin

Antic_girl
12.07.2011, 10:19
Rafiq Cəfər oğlu Alıcanov 1965-ci il iyulun 11-də Qazax rayonu Kəmərli kəndində anadan olub. Gənc zabit 1992-ci ildə Azərbaycan Ordusunda hərbi xidmətə başlayıb, onun döyüş yolu Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan və Naxçıvandan keçib, az vaxt ərzində kapitan rütbəsinə çatıb, Füzuli rayonunun bir neçə kəndinin müdafiəsində xüsusi rəşadət göstərib və 1993-cü il noyabrın 5-də Qurdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Ağstafa rayonunun Köçvəlli kəndində dəfn olunub. Bakıda küçələrin biri onun adını daşıyır, Köçvəlli orta məktəbinə onun adı verilib, həmin məktəbdə və Ağstafa şəhərində büstü qoyulub.

Allah Rəhmət Eləsin

NAOMI
15.07.2011, 08:06
Tahir Bağırov!
Onun bu gün doğum günüdü həmdə. Allah rəhmət etsin!

Antic_girl
15.07.2011, 13:39
Əsəd Cəlal oğlu Əhmədov 1970-ci il iyulun 15-də Qərbi Azərbaycanın (Ermənistanın) Pəmbək mahalının Saral kəndində anadan olub. O, 1992-ci ilin martında Milli Orduda hərbi xidmətə başlayıb, Şuşa rayonu Zarıslı, Salatınkənd, Turşsu, Ağdam rayonu Şelli, Abdal-Gülablı, Güllücə, Papravənd, Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub, Laçın ətrafında 28 nəfər soydaşımızın əsirlikdən azad olunmasında xüsusi qəhrəmanlıq göstərib, 1992-ci il iyulun 31-də Papravənd uğrunda gedən döyüşlərdə həlak olub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib, şəhərin küçələrindən biri onun adını daşıyır.

Allah Rəhmət Eləsin

papillon
18.07.2011, 02:13
Albert .. Emircan kendinden idi .. Milliyeti yehudi .. Azerbaycanin milli qexremanidi .. Allax rexme etsin . Biride Quliyev .Naxcivanskide tehsil almiww ..Leninqratda tehsilin bawa vurub konullu gelib doyuwe.. boyuk wucayeti var adina kitabda var (Azerbaycan genclerinin gozunden iraq)Azerbaycanin milli qehremanidi !

Antic_girl
18.07.2011, 09:17
Sərxan Surxay oğlu Ocaqverdiyev 1967-ci il iyulun 16-da Goranboy rayonu Səfikürd kəndində anadan olub. O, 1992-ci ilin yanvarında Goranboy özünümüdafiə batalyonuna daxil olub, Şəfəq, Zeyvə, Tapqaraqoyunlu kəndlərinin müdafiəsində fəal iştirak edib, düşmənin çoxlu sayda canlı qüvvəsini məhv etməklə ad çıxarıb, 1992-ci il mayın 5-də Talış kəndi uğrunda döyüşdə qəhrəmancasına həlak olub. Səfikürd kəndində dəfn edilib. Təhsil aldığı Tatarlı kənd orta məktəbi onun adını daşıyır, Goranboy şəhərində büstü qoyulub.

Allah Rəhmət Eləsin

Antic_girl
26.07.2011, 14:25
26 iyul Milli Qəhrəman Asif Məhərrəmovun (Fred Asif) doğum günüdür. Asif Yusif oğlu Məhərrəmov 1952-ci il iyulun 26-da Ağdam şəhərində anadan olub. O, 1988-ci ildən başlayaraq Ağdamın Abdal-Gülablı, Xıdırlı, Əmirallar, Sırxavənd, Bağbanlar, Əhmədavar kəndlərində düşmənə qarşı müdafiə dəstələri yaradıb, 1990-cı ildə Ağdam özünümüdafiə dəstəsi yaradıb, Xramort, Aranzəmin, Pircamal, Dəhraz, Naxçıvanik və digər kəndlərin müdafiəsində cəsur komandir kimi rəşadətlə vuruşub, 1992-ci ilin martında Füzuli şəhərinin müdafiəsinə köməyə gedib, düşmənə ağır zərbə vurub. Polkovnik-leytenant Asif Məhərrəmov 1994-cü il iyulun 1-də müharibədə aldığı yaraların nəticəsində dünyasını dəyişib. Bakı şəhərində 2-ci Fəxri Xiyabanda dəfn edilib. Bakının küçələrindən biri onun adını daşıyır.

Allah Rəhmət Eləsin

Antic_girl
29.07.2011, 09:17
29 iyul Milli Qəhrəman Sadiq Hüseynovun doğum günüdür. Sadiq Dayandur oğlu Hüseynov 1961-ci il iyulun 29-da Ağcabədi rayonu Xocavənd kəndində anadan olub. O, 1989-cu ildə Şuşa rayon Daxili İşlər şöbəsində xidmətə başlayıb, Şuşanın müdafiəsində fəal iştirak edib, onun başçılıq etdiyi dəstə onlarla erməni yaraqlısını məhv edib, 1992-ci il aprelin 13-də yaralı yoldaşını xilas edərkən qəhrəmancasına həlak olub.
Ağcabədi rayonu Xocavənd kəndində dəfn edilib. Həmin kəndin orta məktəbi onun adını daşıyır.

Allah Rəhmət Eləsin

Antic_girl
01.08.2011, 13:13
Ehtiram İsrayıl oğlu Əliyev 1972-ci il avqustun 1-də Ucar rayonu Qazyan kəndində anadan olub. O, 1992-ci ildən hərbi xidmətə çağrılıb, Naxçıvanın Sədərək, Batabat bölgələrində, Qarabağın Ağdam, Füzuli, Cəbrayıl, Tərtər bölgələrində rəşadətlə vuruşub, 1993-cü il avqustun 23-də Füzulinin bir sıra kəndlərinin müdafiəsi və 1994-cü il yanvarın 5-də Füzuli istiqamətində hücum əməliyyatı zamanı düşmənə ağır zərbə vurması ilə fərqlənib. Ehtiram Əliyev hazırda Nəqliyyat Nazirliyi sistemində çalışır.

Antic_girl
01.08.2011, 13:14
Əlsəgər Xanlar oğlu Novruzov 1949-cu il avqustun 1-də Laçın rayonu Kürdhacı kəndində anadan olub. O, 1979-cu ildən Xocalıda yaşayıb, 1988-ci ildə Xocalının müdafiəsini təşkil edənlərdən olub, Şəhər Müdafiə Şurasının üzvü olub, özünün yaratdığı 40 nəfərlik dəstəyə rəhbərlik edib, cəsur döyüşçü kimi ad çıxarıb, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə düşmənə qarşı son gülləsinə qədər vuruşub, yaralanıb və huşsuz halda əsir götürülüb, ermənilər onu əsirlikdə ağır işgəncələrlə qətlə yetiriblər. O, Kürdhacı kəndində dəfn edilib

Antic_girl
07.09.2011, 09:31
Məhərrəm Mirəziz oğlu Seyidov 1952-ci il sentyabrın 7-də Şərur rayonu Alışar kəndində anadan olub. O, milis kapitanı kimi Sədərək, Kərki və digər yaşayış məntəqələrinin müdafiəsində fədakarlıqla vuruşub. 1990-cı il yanvarın 19-da ermənilərin Sədərək istiqamətində hücumlarının qarşısının alınmasında xüsusi şücaət göstərib. Mühasirəyə düşmüş yoldaşlarını xilas etmək üçün yenidən döyüşə atılıb, yoldaşlarını mühasirədən çıxarıb, özü isə qəhrəmanlıqla həlak olub. 6 iyun 1992-ci il tarixdə Milli Qəhrəman adı alıb.

Şərur şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Şərur şəhərində adına küçə var, şəhərdə büstü qoyulub, şəhər orta məktəbi onun adını daşıyır.

Allah Rəhmət Eləsin!

Antic_girl
10.09.2011, 11:23
Fərhad Qənbər oğlu Hümbətov 1968-ci il sentyabrın 10-da Qərbi Azərbaycanın Qarakilsə (Quqark) rayonunun Arçut kəndində anadan olub. O, 1991-ci ilin oktyabr ayında könüllü olaraq cəbhəyə gedib, Şıx batalyonunun tərkibində Şuşa, Kosalar, Xankəndi və digər istiqamətlərdə rəşadətlə vuruşub. Düşmənin 5 döyüş mövqeyinin dağıdılmasında xüsusi xidmət göstərib. 1992-ci il martın 29-da Kosalar kəndində keçirilən əməliyyat zamanı qəhrəmancasına həlak olub. Ona 1992-ci il iyunun 7-də Milli Qəhrəman adı verilib. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Bakının Binəqədi rayonunda adına park salınıb, büstü qoyulub.

Allah Rəhmət Eləsin

Antic_girl
19.09.2011, 10:27
17 sentyabr Milli Qəhrəman Seymur Məmmədovun doğum günüdür. Seymur Qəhrəman oğlu Məmmədov 1971-ci il sentyabrın 18-də Füzuli şəhərinə anadan olub. O, 1991-ci ildən özünümüdafiə batalyonunda vuruşub, onlarla əsrin azad edilməsində, 11 nəfər əsgərin mühasirədən çıxarılmasında, bir neçə kəndin işğalçılardan təmizlənməsində xüsusi xidmətlər göstərib. O, 1992-ci il aprelin 1-də Məlikcan kəndi uğrunda gedən döyüşlərdə ermənilərin 15 mövqeyinin dağıdılmasında fədakarlıq göstərdi və əsil qəhrəman kimi həlak oldu. 1992-ci il avqustun 11-də Milli Qəhrəman adı alıb.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Oxuduğu məktəb onun adını daşıyır.

19 sentyabr Milli Qəhrəman Aqil Quliyevin doğum günüdür. Aqil Sahib oğlu Quliyev 1963-cü il sentyabrın 19-da Qərbi Azərbaycanın Sisyan rayonu Urud kəndində anadan olub. O, 1992-ci ilin əvvəlində könüllü olaraq Milli Orduya daxil olub, leytenant rütbəsində rota komandiri təyin edilərək Ağdam bölgəsinə göndərilib, ordan da dəstəsi ilə birlikdə mühasirədə olan Xocalıya gedib, 1992-ci il fevralın 18-dən 25-dək erməni-rus qüvvələrinin aramsız hücumlarının qarşısının alınmasında əsil qəhrəmanlıq göstərdi, bacarıqlı və qorxmaz komandir kimi tanındı, fevralın 25-də Kətik kəndi yaxınlığındakı döyüşdə son nəfəsinə qədər vuruşub və qəhrəmanlıqla həlak olub, cəsədini yalnız 5 gündən sonra götürmək mümkün olub. Ona 1992-ci il iyunun 7-də Milli Qəhrəman adı verilib.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.
Bakının Bayıl qəsəbəsində küçələrdən biri onun adını daşıyır. Yaşadığı binaya xatirə lövhəsi vurulub.

Allah Rəhmət Eləsin

Antic_girl
20.09.2011, 09:13
Arif Vəliş oğlu Qubadov 1966-cı il sentyabrın 20-də Cəlilabad rayonu Əliqasımlı kəndində anadan olub. O, 1992-ci ildə Milli Orduya daxil olub, zabit kimi ilk döyüşlərinə Naxçıvanın Sədərək bölgəsində başlayıb, onun komandiri olduğu batalyon qəhrəmanlıqla vuruşub, 1993-cü ildə dəstəsi ilə birlikdə cəbhənin Ağdam istiqmətinə göndərilib. Əfətli və Yusifcanlı kəndlərinin müdafiəsində xüsusi sücaət göstərib, 1993-cü ilin avqustunda Füzuli, 1994-cü ildə Tərtər və Ağdərə istiqamətlərində rəşadətlə vuruşub. Ona 1995-ci il aprelin 4-də Milli Qəhrəman adı verilib. Atəşkəs dövründə də polkovnik-leytenant rütbəsində hərbi xidməti davam etdirib, N saylı hərbi hissənin komandir müavini vəzifəsində çalışıb. 2009-cu il sentyabrın 25-də uzun sürən xəstəlikdən sonra vəfat edib. Əliqasımlı kəndində dəfn edilib.

Allah Rəhmət Eləsin

Vahid Həbibulla oğlu Quliyev 1955-ci il sentyabrın 20-də Cəbrayıl rayonu Qumlaq kəndində anadan olub. O, 1992-ci ilin avqustunda zabit kimi könüllü olaraq Milli Orduya daxil olub, həmin il sentyabrın 7-də Ağdam istiqamətində ilk döyüşə girib, həmin döyüşdə düşmənin bir tankını vurub, az sonra cəbhənin Qubadlı istiqmətinə göndərilib, orada da rəşadətlə vuruşub. 1994-cü ilin fevralında yenidən Ağdam istiqamətinə qaytarılıb, atəşkəs dövrünə qədər düşmənin 8 tankını, 2 piyada döyüş maşınını məhv edib. O, 2002-ci ilə kimi müxtəlif ali məktəblərin hərbi kafedralarında müəllim işləyib, polkovnik-leytenant rütbəsində təqaüdə çıxıb. Ona 1994-cü il noyabrın 9-da Milli Qəhrəman adı verilib. Hazırda Bakı şəhərində yaşayır.

Antic_girl
29.09.2011, 10:18
Zakir Tofiq oğlu Yusifov 1956-cı il sentyabrın 29-da Bakı şəhərində anadan olub. O, hərbi vertolyot komandiri kimi 1991-ci ildən mühüm hərbi tapşırıqları bacarıqla yerinə yetirib, yüzdən artıq hərbi uçuş keçirərək Əsgəran, Füzuli, Xocavənd, Tərtər, Ağdərə, Şuşakənd döyüşlərində qəhrəmanlıq göstərib. 1992-ci il oktyabrın 11-də Səfiyan kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olub. 5 fevral 1993-cü ildə ona Milli Qəhrəman adı verilib. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Vaxtilə oxuduğu 194 saylı orta məktəb və Bakının Nizami rayonundakı küçələrdən biri onun adını daşıyır

Allah Rəhmət Eləsin

Antic_girl
10.10.2011, 09:33
9 oktyabr Milli Qəhrəman Yunis Əliyevin doğum günüdür. Yunis Əsgər oğlu Əliyev 1958-ci il oktyabrın 9-da Goranboy rayonu Qızılhacılı kəndində anadan olub. O, 1992-ci ildə könüllülərdən ibarət 2–ci Goranboy batalyonuna daxil olub, rayonun cəbhəboyu kəndlərinin müdafiəsində rəşadətlə vuruşub, 1992-ci il mayın 4-də Talış kəndinin erməni yaraqlılarından azad edilməsi uğrunda döyüşdə xüsusi fərqlənib, lakin ertəsi gün ermənilərin əkshücumu nəticəsində döyüş yoldaşları ilə birlikdə mühasirəyə düşüb, sona qədər vuruşub və həlak olub, digər döyüş yoldaşları ilə birlikdə onun cəsədi yalnız 43 gündən sonra, Talış kəndi azad edildiyi zaman tapılıb. 1992-ci il iyunun 7-də Milli Qəhrəman adı alıb.
Doğma kəndində dəfn edilib. Qızılhacılı kəndində uşaq bağçası onun adını daşıyır, Goranboy şəhərində büstü qoyulub.

Allah Rəhmət Eləsin

Antic_girl
27.10.2011, 10:43
Qəhrəmanlar unudulmur!


Elbrus Hacı oğlu Allahverdiyev 1958-ci ildə oktyabrın 27-də Gəncə şəhərində anadan olub. O, 1992-ci ilin mayında leytenant rütbəsində könüllü olaraq cəbhəyə gedib, Ağdam istiqamətində artilleriya batareysının komandiri kimi döyüşlərə başlayıb, sonra divizion komandiri olub, düşmənin onlarla qüvvəsi və texnikasını sıradan çıxarıb, Ağdərə istiqamətində xüsusi sücaət göstərib. 1993-cü il iyunun 16-da Ağdamın Şelli kəndi uğrunda gedən döyüşlərdə 3 dəfə düşmənin hücumlarını dəf edib, yaralanıb və həlak olub. 1994-cü il sentyabrın 16-da Milli Qəhrəman adı verilib. Gəncə şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Şəhərin küçələrindən biri onun adını daşıyır.



Rəfayıl Əvəz oğlu Əsədov 1952-ci il oktyabrın 27-də Gəncə şəhərində anadan olub. O, Peterburq hərbi Akademiyasını bitirib, Macarıstan, Vyetnam, Əfqanıstanda xidmət yolu keçib, 1991-ci ildə polkovnik rütbəsində Azərbaycan Milli Ordusunda xidmətə başlayıb, artilleriya briqadasına komandir təyin edilib, Ağdam, Goranboy, Tovuz, Gədəbəy döyüş bölgələrində hərbi əməliyyatların təşkilatçısı və fəal iştirakçısı olub, apardığı döyüş, əməliyyatlarının əksəriyyəti uğurla nəticələnib. 1992-ci il noyabrın 12-də Ağstafa istiqamətində həlak olub. 1994-cü il sentyabrın 16-da Milli Qəhrəman adı verilib. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.



İqor Vladimiroviç Makeyev 1971-ci il oktyabrın 27-də Gəncə şəhərində anadan olub. O, 1991-ci ildə könüllü olaraq cəbhəyə gedib, Ağdam, Tərtər, Ağdərə istiqamətlərində sücaətlə vuruşub. 1992-ci il avqustun 2-də Ağdərə rayonu ərazisində “Vışka” yüksəkliyi uğrunda döyüşdə pulemyotçu kimi axıra qədər vuruşub, 28 nəfərin mühasirədən çıxmasına şərait yaradıb və qəhrəmanlıqla həlak olub. 1992-ci il noyabrın 6-da Milli Qəhrəman adı verilib. Gəncə şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Sadıllı qəsəbəsində adına küçə var.

Antic_girl
31.10.2011, 11:23
Koroğlu İsmayıl oğlu Rəhimov 1953-cü il oktyabrını 31-də Oğuz rayonu Xaçmaz kəndində anadan olub. 1961-ci ildə ailəsi ilə birlikdə Qərbi Azərbaycanın Zəngibasar mahalının Sarıcalar kəndinə köçüb, sonradan Bakıya qayıdıb işləməyə başlayıb. O, 1992-ci ilin martında könüllü olaraq Milli Orduya yazılıb, Goranboy, Ağdərə istiqamətlərində şücaətlə vuruşub, 1992-ci il iyulun 3-də Ağdərə yaxınlığında gedən döyüşdə həlak olub. 1994-cü il sentyabrın 16-da Milli Qəhrəman adı verilib. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Bakının küçələrindən biri onun adını daşıyır. Bakıda adına park salınıb, büstü qoyulub.

Allah Rəhmət eləsin

Antic_girl
10.11.2011, 13:32
Oqtay Güləli oğlu Güləliyev 1962-ci il noyabrın 10-da Laçın rayonu Xaçınyalı kəndində anadan olub. O, müharibənin ilk günlərindən polis (milis) zabiti, rota komandiri kimi düşmənə qarşı döyüşlərdə iştirak edib, 1991-ci ilin yanvarında “Daşaltı əməliyyatı” zamanı mühasirəyə düşmüş 80 əsgərimizin həyatını xilas edib, 1992-ci il sentyabrın 19-da Laçın dəhlizi istiqamətində həyata keçirilən əməliyyata rəhbərlik edib. Onun rotası Hocaz kəndini və Nərgiz yüksəkliyini ələ keçirərək əməliyyatı uğurla başa çatdırıb. Lakin düşmən əks-hücuma keçərək onları mühasirəyə alıb, qeyri-bərabər döyüşdə igid komandir qəhrəmanlıqla həlak olub. 1993-cü il mayın 11-də Milli Qəhrəman adı verilib. Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. Laçın rayonun iki orta məktəbi onun adını daşıyır.

Allah Rəhmət Eləsin

Antic_girl
02.12.2011, 09:39
Ənvər Talış oğlu Arazov 1953-cü il dekabrın 2-də Gəncə şəhərində anadan olub. O, cəbhənin Goranboy, Ağdərə, Ağdam və digər istiqamətlərində milis (polis) zabiti kimi sücaətlə döyüşüb, onun başçılıq etdiyi dəstə bir sıra uğurlu əməliyyat həyata keçirib. 1992-ci il noyabrın 1-dən 2-nə keçən gecə Dağlıq Qarabağın Sırxavənd kəndi uğrunda gedən döyüşdə qəhrəmanlıqla həlak olub. 1992-ci il noyabrın 6-da Milli Qəhrəman adına layiq görülüb. Gəncə şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.


Yusif Əliyusif oğlu Əliyev 1963-cü il dekabrın 2-də Bakının Qobustan qəsəbəsində anadan olub. O, 1990-cı ilin avqustundan polis (milis) nəfəri kimi cəbhəyə yola düşüb, Goranboy rayonunun kəndlərinin müdafiəsində fəal iştirak edib. 1991-ci il sentyabrın 14-də Buzluq kəndi uğrunda döyüşdə qəhrəmanlıqla həlak olub. 1992-ci il iyunun 6-da Milli Qəhrəman adına layiq görülüb. Ağsu rayonu Rəhimli kəndində dəfn edilib. Qobustan qəsəbəsindəki 195 saylı orta məktəb onun adını daşıyır, məktəbdə büstü qoyulub.

Allah Rəhmət Eləsin

Antic_girl
05.12.2011, 16:04
Səxavət Ələmdar oğlu Məhərrəmov 1973-cü il dekabrın 5-də Qərbi Azərbaycanın Amasiya rayonu Qaraçanta kəndində anadan olub. O, ermənilərin məcburi deportasiya siyasəti nəticəsində 1988-ci ildə ailəsi ilə birlikdə Azərbaycana köçüb gəlib, Qaradağ rayonu Lökbatan qəsəbəsində məskunlaşıb. 1991-ci ilin noyabrında könüllü olaraq Milli Ordu sıralarına daxil olub, döyüş bölgələrində sücaətlə vuruşub. 1992-ci il iyunun 27-də Ağdərənin Möhrətağ kəndi uğrunda döyüşdə qəhrəmanlıqla həlak olub. 1992-ci il noyabrın 6-da Milli Qəhrəman adına layiq görülüb. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Lökbatan qəsəbəsindəki 106 saylı məktəb onun adını daşıyır, məktəbdə büstü qoyulub.

Allah Rəhmət Eləsin

Reportyor
14.12.2011, 15:15
14 dekabr Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür, yaşasaydı, 54 yaşı tamam olardı.

O, Qarabağ müharibəsi tarixinə şərəfli səhifələr yazmış qəhrəmanlarımızdan biridir. Əliyar Əliyevin rəhbərlik etdiyi alayın topçuları Xocalı qırğınından bir neçə gün sonra yuxarıların əmri olmadan Gorusun altını üstünə çevirmiş, Moskva və Yerevan KİV-i bu hücum zamanı 336 nəfərin öldürüldüyünü yazmışdı. Bununla bağlı Ermənistanda üç gün matəm elan edilmişdi, Yerevanda keçirilən mitinqlərdə Əliyar Əliyevə və 3 döyüşçüsünə ölüm hökmü çıxarılmışdı.

1992-ci ilin aprel ayının 16-da “Qara bəbir” ləqəbli Suriya ermənisi Karlenin başçılığı ilə xaricdə xüsusi hazırlıq keçmiş 50 nəfərlik diversiya qrupu Lalazar körpüsünü partladıb Qubadlının sərhəd kəndlərinin rayon mərkəzi ilə əlaqəsini kəsmək, strateji yüksəklikləri ələ keçirmək üçün hücuma keçmişdi. Kəşfiyyat məlumatları nəticəsində bundan xəbər tutan və onların yolunu gözləyən Əliyar Əliyev və döyüşçüləri onları mühasirəyə alaraq dəstəbaşıları da daxil, 11 düşmən əsgərini məhv etmiş, həmin meyitləri bizim əsirlərə dəyişmişdilər.

1991-ci ilin may ayında Qubadlının Yuxarı Cibikli kəndi, 1992-ci ilin oktyabr ayının 12-də isə bu rayonun Topağac-Başarat yüksəkliyi uğrunda gedən döyüşlərdə də onun rəhbərlik etdiyi alay düşməni ağır itkilərə məruz qoymuşdu.

1992-ci ilin iyun ayının 24-də Qubadlı rayon mərkəzini bombalamağa uçan üç vertolyotu vurub salan da Əliyar Əliyevin döyüşçüləri olmuşdu.

Gorusun Şurnuxu kəndindəki postu darmadağın etmiş Əliyar Əliyev və döyüşçüləri 20 rus və erməni silahlısını canlı olaraq ələ keçirmişdi. Onlar işğalın son günlərinədək Qafan-Gorus yolunu nəzarətdə saxlamağı da bacarmışdılar.

Əliyar Əliyev 1992-ci ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini 4 gün ərzində ermənilərdən azad edərək partizan müharibəsinin nə qədər effektli olduğunu bir daha sübut etmişdi.

1992-ci il oktyabrın 3-də Əliyar Əliyev və sürücüsü Əlisadət Ağayev Laçın rayon mərkəzindən iki kilometr məsafədə şəhid oldular.

Əliyar Əliyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda oxuduğu, Saransk Dövlət Universitetində müəllim işlədiyi illərdə dəfələrlə klassik güləş üzrə respublika, ümumittifaq və beynəlxalq yarışların qalibi olmuşdu, məşhur pəhləvan və məşqçi idi, onun 8 yetirməsi respublika və SSRİ çempionu olmuş, biri isə olimpiya yığma komandasına üzv seçilmişdi.

“Məhsul” idman cəmiyyətinin Qubadlı şöbəsinin sədri olan Əliyar Əliyev Qarabağ müharibəsi başlanan günlərdən respublikada yaranan ilk könüllülər batalyonunu qurmuşdu. Eyni zamanda o, həmişə ön cərgədə vuruşan döyüşçü, sərrast atıcı, kəşfiyyatçı, partizan idi. Dəfələrlə qonşu bölgələrdə gedən ağır döyüşlərdə də iştirak etmişdi, çünki onun üçün bu Vətənin hər qarışı əziz idi.

Antic_girl
19.01.2012, 13:40
Şamay Məhiyəddin oğlu Çobanov 1965-ci il yanvarın 19-da Qazax rayonu Ağköynək kəndində anadan olub. O, 1989-cu ildən polis nəfəri kimi Xeyrimli, Yuxarı Əskipara, Bağanıs Ayrım və digər kəndlərin müdafiəsində fəal iştirak edib. 1990-cı il avqustun 19-da Yuxarı Əskipara kəndi yaxınlığında sərnişin avtobusuna hücum edən erməni yaraqlılarının qarşısını kəsib, dinc əhalinin xeyli hissəsini xilas edib və qəhrəmanlıqla həlak olub. 1992-ci il oktyabrın 8-də Milli Qəhrəman adına layiq görülüb. Ağköynək kəndində dəfn edilib. Kəndin orta məktəbi onun adını daşıyır.

Allah Rəhmət Eləsin..

Antic_girl
29.05.2012, 11:54
Aytəkin İsrail oğlu Məmmədov 1967-ci il mayın 30-da Gədəbəy rayonu Göyəli kəndində anadan olub. O, 1991-ci ilin fevral ayında Xüsusi Təyinatlı Milis Dəstəsinə daxil olub, Xanlar (Göygöl) rayonu kəndlərinin düşməndən müdafiə olunmasında fəal iştirak edib, həmin ilin aprel ayında rayonun Quşçu kəndinin müdafiəsində axıra qədər iştirak edib, pulemyotçu kimi düşmənin bütün hücumlarının qarşısını alıb, düşməni geri çəkilməyə məcbur edib, həmin döyüşdə qəhrəmanlıqla həlak olub. Göyəli qəbiristanlığında dəfn edilib, kəndin orta məktəbi onun adını daşıyır, büstü qoyulub.

Allah Rəhmət Eləsin

Antic_girl
25.07.2012, 11:39
25 iyul Milli Qəhrəman Əliabbas İsgəndərovun doğum günüdür. Əliabbas Qara oğlu İsgəndərov 1958-ci il iyulun 25 - də Ağdam rayonu Kürdlər kəndində anadan olub. O, 1991-ci ilin noyabrında Ağdam özünümüdafiə batalyonuna daxil olub, çətin kəşfiyyat tapşırıqlarını yerinə yetirib, düşmən mövqelərinin aşkar edilib dağıdılmasında xüsusi xidmətlər göstərib, 1992-ci ilin fevralında Umudlu kəndində mühasirəyə düşmüş 40 nəfər döyüşçünü xilas edib, 1992-ci il martın 4-də Qazançı kəndi uğrunda döyüşdə qəhrəmanlıqla həlak olub. Ağdam Şəhidlər Xiyabanında dəfn edilib.

Antic_girl
26.07.2012, 09:17
26 iyul Milli Qəhrəman Asif Məhərrəmovun (Fred Asif) doğum günüdür. Asif Yusif oğlu Məhərrəmov 1952-ci il iyulun 26-da Ağdam şəhərində anadan olub. O, 1988-ci ildən başlayaraq Ağdamın Abdal-Gülablı, Xıdırlı, Əmirallar, Sırxavənd, Bağbanlar, Əhmədavar kəndlərində düşmənə qarşı müdafiə dəstələri yaradıb, 1990-cı ildə Ağdam özünümüdafiə dəstəsi yaradıb, Xramort, Aranzəmin, Pircamal, Dəhraz, Naxçıvanik və digər kəndlərin müdafiəsində cəsur komandir kimi rəşadətlə vuruşub, 1992-ci ilin martında Füzuli şəhərinin müdafiəsinə köməyə gedib, düşmənə ağır zərbə vurub. Polkovnik-leytenant Asif Məhərrəmov 1994-cü il iyulun 1-də müharibədə aldığı yaraların nəticəsində dünyasını dəyişib. Bakı şəhərində 2-ci Fəxri Xiyabanda dəfn edilib. Bakının küçələrindən biri onun adını daşıyır.