PDA

Просмотр полной версии : Toyuq Yemekleri


xmm OK
28.01.2010, 12:36
http://t0.gstatic.com/images?q=tbn:aA9MmDnlajF2QM:http://img1.loadtr.com/b-358366-pi%C5%9Fmi%C5%9F_tavuk.gifhttp://t1.gstatic.com/images?q=tbn:dRrNIiV3jDcQeM:http://4.bp.blogspot.com/_PhKRTHRe-Bg/SiL2aO8DO0I/AAAAAAAAAI4/_fUMhfJgylQ/s400/4678pismis_tavuk1.jpghttp://t1.gstatic.com/images?q=tbn:Krad8dIA5gSCQM:http://www.memlekethaber.com/foto295_185//2008/1/291729tavuk-pismis.jpg

yemek bisirmeyi yaxsi bacaran xanimlar , yemek yemekde usta olan beyler ! burada toyuqdan hazirlana bilecek yemek novlerini bolusek

xmm OK
28.01.2010, 12:41
Toyuq Kroket
http://s004.radikal.ru/i205/1001/d9/7c57b89e1ebf.jpg
Hazirlanmasi :

# Toyuq əti qaynadılır, soyudulur, bişmiş olaraq mikserdən keçirilir
# Göbələkdə mikserden keзirilir.
# Digər tərəfdən sьd, un kərəyağından ibarət olan sous bir tavada orta atəşdə qarışdırılaraq bişirilir, soyudulur.
# Sous, toyuq əti, göbələk və ədviyyatlar çox az yağlı bir tavada çevrilir, soyudulur.
# Qarışımdan yumurta böyüklüyündə parçalar qopardılır, küftə şəkli verilir.
# Küftələr əvvəlcə una sonra yumurtaya ən sonda qaleta ununa bulanır.
# Qızğın yağda qızardılır, xidmət edilir.

Not: Hind toyuğu əti istifade edərəkdə kraket hazırlana bilər

http://lezzetler.com/images/galeri/TavukKroket.jpg

xmm OK
28.01.2010, 12:43
Qirmizi Derili Toyuq
http://s59.radikal.ru/i166/1001/f3/f74e1ce568c1.jpg
Hazirlanmasi :
# Toyuq budları qaynadılır, qaynama suyundan çıxardılır, bir süzgəç qoyulur və suyu süzülərkən soyuması əldə edilir.
# Quyu bir qabın içərisinə, qatıq, duru yağ, su, duz, qara bibər qoyulur, hamar bir hal alana qədər çırpılır.
# Suyu süzülən toyuq budları, kiçik bir soba məcməyinə yerləşdirilir, üzərinə hazırlanan qatıqlı qarışım, toyuqların hər tərəfini qavrayacaq şəkildə gəzdirilir.
# Hazırlanan toyuq yeməyi əvvəlcədən qızdırılan 200 dərəcə sobada tünd qırmızı rəng alana qədər bişirilir.
# Isti xidmət edilir.

Not: Bu cür sousla bütün toyuq, bütün hind toyuğu bişirilə bilər. Bu şəkildə təqdimi sıx bir yemək hazırlanmış olur.

http://lezzetler.com/images/galeri/KizilderiliTavuk.jpg

xmm OK
28.01.2010, 12:46
Badamli Toyuq
http://s004.radikal.ru/i208/1001/96/42831c597863.jpg
Hazirlanmasi :
# Kartoflar soyulur, ortadan ikiyə kəsilir, kartoflar yağlanmış soba məcməyinə kəsik tərəfləri gələcək şəkildə düzülür, üst qisimləri də yağlanır. Duz və kəklik səpilir, 180 dərəcə əvvəlcədən qızdırılmış sobada 30-35 dərəcə bişirilir.
# Toyuqların üzərinə qara bibər səpilir, sonra sırası ilə, limon suyuna, una çırpılmış yumurtaya və badama bulanır.
# Qalan yağ teflon bir tavaya qoyulur, qızınca hazırlanan toyuqlar pəmbələşincəyə qədər qızardılır, üzərinı duz səpilir.
# Digər bir tavaya rəndələnmiş pamidor, 2 yemək qaşığı duru yağ və döyülmüş sarmısaq qoyulur, orta atəşdə pamidorların rəngi dəyişincəyə qədər bişirilir, duz və qara bibər əlavə edilir.
# Hər bir xidmər qabına iki ədəd yarım kartof, 1 ədəd badamli toyuq biftəyi qoyulur. Və bunun da üzərinə də pamidorlu sous gəzdirilərək xidmət edilir.

Not: Badamlı toyuq, kəklikli kartof əvəzinə kartof pürəsi ilə də xidmət edilir.

http://lezzetler.com/images/galeri/Badem.jpg

xmm OK
28.01.2010, 12:48
Toyuq sis
http://s001.radikal.ru/i195/1001/aa/67301bd6db8c.jpg
Hazirlanmasi :
# Soğanlar rəndələnir,cəfəri incə qıyılır, üzərinə yağ, duz və qara bibər əlavə edib qarışdırılır.
# Digər tərəfdən toyuq əti 2,5-3 sm uzunluğunda quşbaşı şəklində doğranır.
# Doğranan toyuq ətləri soğanlı qarışımla birləşdirilib 2-3 saat soyuducuda dincəldirilir.
# Vaxt sonunda şişə 1 ədəd quşbaşı doğranmış toyuq əti və eyni böyüklükdə doğranmış pamidorlar düzülür.(Şişin boy nə qədər toyuq və pamidor alarsa).
# Elektirik ya da odun qızartmasında bişirilir.
# Arzu edilərsə piyaz şəklində doğranmış baş soğanla xidmət edilir.

Not: Eyni tərbiyə istifadə edərək quzu şişdə hazırlana bilər.

http://lezzetler.com/images/galeri/TavukSis.jpg

PAPARAZI
28.01.2010, 16:50
Toyuq qizartmasini hədsiz bəyənirəm...Düzü, 4 il bundan arxaya qədər toyuq yeməmişəm...Ancaq indi çox bəyənirəm...

İlğım
04.02.2010, 13:06
Toyuq-l əd, qoz ləpəsi-150 q, baş soğan-5 əd orta irilikdə, axta zoğal-25 q və ya turş gavalı qurusu-40 q, kişmiş-50 q, alça turşusu-1 x.q, duz, istiot.
Baş soğan təmizlənib ətçəkən maşından və ya iridişli sürtgəcdən keçirilir, ikiqat tənzifdən sıxılıb suyu aynlır. Soğana ət maşınından keçirilmiş qoz ləpəsi, isladılıb xırda doğranmış zoğal axtası və ya gavalı qurusu (lavaşana da qatmaq olar) və kişmiş qatılaraq qiymə (ləvəngi) hazırlanır. Toyuğu təmizləyib yuduqdan sonra onu istiotlayır, duzlayır, alça turşusu ilə içəri və bayır tərəfıni turşulayıb içərisinə ləvəngi yığırlar. İçi doldurulmuş toyuğu qızdırıcı şkafda (duxovkada) hər iki üzü qızarana qədər bişirirlər. Süfrəyə verdikdə göyərti, xiyar və limon dilimləri ilə bəzəmək olar. Qaşqaldağı, qazı və ördəyi də bu üsulla bişirmək olar.

NAOMI
05.04.2010, 20:40
Yeməyə daxil olanlar:
1paket toyuq filesi
1paket iri seçilmiş göbələk
2 baş sogan
3-4 ədəd(orta)pomidor
1-2 ədədn yaşıl bolqar bibəri
100-200 qram holland pendiri
zövqə görə duz, istiyot


Toyuq filesini suda qaynadmaq, həmin suyada lazımından daha artıq duz atmaq. Şampinyon göbələyini papağından ayırıb yumaq, çünki bizə papağı laım olcaq. Ayrıca tavada soğanı xırda-xırda doğrayıb qızartmaq qızılı rəngə çatana qədər sonra üzərinə bibəri və daha sonra pomidorun tumlu tərəfini qatmamaq şərti ilə. Toyuq əti hazır olduqdan sonra onu sudan çıxardıb əlinizlə sap şəkilində didmək və tavada bişən işliyin üzərinə əlavə edib qarışdırmaq, duzunu istiotunu kontrol edin, 5/10 dəqiqədən sonra tavanı oddan götürmək. Bir az soyuduqdan sonra. Göbələkləri isti sobaya yerləşdirmək üçün xüsusi qab/tavaya başı aşağı :)düzüb tavada bişirdiyiniz qarışımla doldurun va sonradan üzərindən holland pendiri keçirin. Sobada təxminən 25/30 dəqiqə 180/200 dərəcədə bişirmək.

Nuş oldun!
P.S. Mənim sevdiyim yeməklərdən birdir)

Эль`зас
05.04.2010, 22:20
Ufff! Toyuq!
Toyuqla bağlı hər şeyi xoşlayıram. Toyuğun qaynatması, qızartması, bozartması, çığırtması, ağartması, qaraltması..=)) Toyuq supu, şorbası, nə bilim ee dolması, düşbəsəri, ləvəngisi, perojkisi, blinçiki, salatı, pizzası, hətta toyuğun tuşusu, mürəbbəsi, kokteyli də olsa xoşlayacam... )))))

ilgım, sənin ləvəngindən ağzım lap sulandı.. Mən axı pəhriz saxlayıram.. Nasıl kıydın bana..,?:o

SAFAVI
05.04.2010, 22:34
her toyugu almayin ...

Kisss-angel
07.05.2010, 00:06
Ay mən toyuq olmasa görən nə yeyərdim..en sevdiyin yemeklər toyuqla baglıdı..hətda kababıda..bezmirəm toyuqdan..:p

İlğım
07.05.2010, 01:06
kartof və kök soyutmasini halqa halqa dograyin altdan kartof usten kok onun ustunden toyugun sinə etini didin tokun. en uste de pomidor dovrayin. 1 smetan 2 xorek qashigi mayonez duz istiot qatin tokun hazirladiginizin ustune qoyun sobaya. bihenden sonra holland pendirin taraşadan kecirib tokun ustune sobaya qoyun amma sobani sondurun pendir erisin . sonre yeyin mene sagol deyin

Эль`зас
07.05.2010, 01:11
İlgım, əgər kartof da, kök də, toyuq da soyutmadırsa, yəni poçti bişibsə bir də sobaya qoymağın nə mənasl olur..? Bəlkə elə hazırlayanda pendiri töküb üstünə sobaya qoyasan..? Olmaz elə..?

İlğım
07.05.2010, 01:13
İlgım, əgər kartof da, kök də, toyuq da soyutmadırsa, yəni poçti bişibsə bir də sobaya qoymağın nə mənasl olur..? Bəlkə elə hazırlayanda pendiri töküb üstünə sobaya qoyasan..? Olmaz elə..?

Smetan mayonez cekilir canina axi hem de cox bishirmirssen kartofu koku.

Эль`зас
07.05.2010, 01:26
Həə.. Belə denən daaa bəəə..-)
Sabah axotum olsa bu resepti eləyəcəm... toyuqsuz bir günümüz olmasın..-) amma kənd toyuğundan yox .. bööö..-((

Yagmur
07.05.2010, 10:22
Bir toyug filesini xirda xirda dograyib azacig gizardirsiniz.Bu arada sampinyon gobeleyini de suda gaynadib suzenden sonra bas soganla gizardirsiniz.Ayri bir gazana toyugun filesini,ustunden gobeleyi yerlesdirib,sonra smetani azacig su ile hedd edib,tokursunuz gazana,tebii ki duz,istiot elave edirsiniz.Gazin duxovkasina goyursunuz,tam hazir olmagina az galanda pendir elave edirsiniz.Cox dadli olur!

cancan
29.12.2010, 11:09
Cox dadli yemek olduguna və qonaqlarınızın çox bəyənəcəyinə əmin ola bilərsizI)

1) toyuq filesi 250-300 qr (bişmiş və julyen didilmiş)
2) gobelek 1 qab (nazik dogranmiş)
3) 7-10 əd bibər (nazik uzun-julyen dogranmiş)
4) limon 1 əd
5) smetan 2 qaşıq
6) duz,istiot

Bir az iri dərin tavada bibəri yagda 5 dəq qovururuq,kənara alırıq.Yarim limon suyu sixilmiş suya qoydugumuz gobeleyi süzüb tavaya tokuruk.Tavanin qapagini qoyub suyu çıxanacan agzi bagli bişiririk,sonra qabagi götürüb qızardırıq, kənara bibərin yanina alırıq.hemin tavaya didilmiş toyugu da tokub qizardırıq.sonra kənardakı bibər və göbələyi əlavə edirik. bir az qarişdırdıqdan sonra ustünə 2-3 qaşıq smetan tökürük.Smetan əriyənə qədər gözləyib,ən son qalan yarım limonun suyunu da tökürük üstünə. uzun yazılışına baxmayın max bişmə müddəti 30 dəqiqədir. Nuş olsun!

Narchicheyi
17.06.2011, 18:00
Toyuq eti esl yay yemeyidir.
Toyuq chigirtmasi superdir

advocat
17.06.2011, 21:30
İndicə (indi deyəndə bir saatdan çox var) yeriniz məlum toyuq kartoşkayla tvovkada qızartması yedim ...

Duygu
17.06.2011, 21:40
Toyuq eti esl yay yemeyidir.
Toyuq chigirtmasi superdir

Qonagim ola bilersen. Bu gun biwirmiwem. Menimde cox xowum gelir.

sera
17.06.2011, 21:45
toyugdan hazirlanan butun yemekleri sevirem.soyutmasini lap chox. salatlarda da toyuq filesinden istifade etmek eladir.qirmizi ete nisbeten kalorisi azdir.toyugun shorbasi da alcha turshusu,duyu ile chox dadli olur.

Nizami63
10.03.2012, 21:41
toyuqdan hazırlanmış heç bir yeməyi xoşlamıram, əlacsız olanda ancaq qanadları ilə kifayətlənirəm...

advocat
11.03.2012, 00:07
toyq əti çox xoşlayıram, xüsusən kartoşkayla qızartması,
tvovkada bişirilməsi ..

tenhaqiz
11.03.2012, 16:34
toyq əti çox xoşlayıram, xüsusən kartoşkayla qızartması,
tvovkada bişirilməsi ..

Eynən..:)

Narchicheyi
11.03.2012, 17:39
Bu deqiqi sherefime toyuq etdinden dosheme plov bishirirler
qoy bishsin ,onu hezmiburodan kechirtmek mene borc olsun))

tenhaqiz
11.03.2012, 18:00
Bu deqiqi sherefime toyuq etdinden dosheme plov bishirirler
qoy bishsin ,onu hezmiburodan kechirtmek mene borc olsun))

Niyə şərəfinə? Nəsə var?;)

Narchicheyi
11.03.2012, 18:10
Niyə şərəfinə? Nəsə var?;)

:)

SAPAND
11.03.2012, 18:24
toyuqdan hazırlanmış heç bir yeməyi xoşlamıram, əlacsız olanda ancaq qanadları ilə kifayətlənirəm...

Eynən mənim kimi :drink
Təkcə həqiqi təndirdə (odun) bişmiş kənd toyuğuna "otkaz" etməzdim ..


Niyə şərəfinə? Nəsə var?;)
Yəqin maaşını çoxcaldıblar w\w\@/

Elçin
11.03.2012, 18:29
Niyə şərəfinə? Nəsə var?;)

Narchicheyi bişirib, heç kimin xoşuna gəlməyib. İndi bişrirlər yesin bilsin ki, döşəmə plov necə olur :D

Narchicheyi
11.03.2012, 18:39
Eynən mənim kimi :drink
Təkcə həqiqi təndirdə (odun) bişmiş kənd toyuğuna "otkaz" etməzdim ..



Yəqin maaşını çoxcaldıblar w\w\@/

Narchicheyi bişirib, heç kimin xoşuna gəlməyib. İndi bişrirlər yesin bilsin ki, döşəmə plov necə olur :D

maraqli iddialardir))

Nizami63
11.03.2012, 18:58
Eynən mənim kimi :drink
Təkcə həqiqi təndirdə (odun) bişmiş kənd toyuğuna "otkaz" etməzdim
bir dəfə Masallıya toya dəvət etmişdilər, toydan qayıdanda yol kənarında yerləşən və təndirdə bişirilən ləvəngəli toyuq almışdım. Evdəkilərin çoooooooox xoşlarına gəlmişdi...

tenhaqiz
11.03.2012, 22:26
Narchicheyi bişirib, heç kimin xoşuna gəlməyib. İndi bişrirlər yesin bilsin ki, döşəmə plov necə olur :D

Yəqin elə ən düzgün versiya budur.:D

İlğım
11.03.2012, 23:42
Niyə şərəfinə? Nəsə var?;)

Bu gün onun ad günüdür axı.

İlğım
11.03.2012, 23:43
Əvvəllər toyuq ətin çox sevərdim. İndi ancaq heç xoşum gəlmir.

Antic_girl
12.03.2012, 09:38
Həftədə ən azı 3 dəfə toyuq yeyirəm. Ən çoxda qabırğasını. Toyuğu bütün halları ilə xoşlayıram. Kababını lap çox..

Elçin
12.03.2012, 14:56
Toyuğu bütün halları ilə xoşlayıram.

Bəs çiy? :D

İlğım
12.03.2012, 17:55
Bəs çiy? :D

Yəqin qurudulmuş halda)

Antic_girl
12.03.2012, 17:58
Bəs çiy? :D

Yəqin qurudulmuş halda)


Mən sizdən küsdüm ((((. Bişmiş hallarını deyirəmdə -ku+se-n-ku+se-n-ku+se-n

İlğım
12.03.2012, 20:09
Mən sizdən küsdüm ((((. Bişmiş hallarını deyirəmdə -ku+se-n-ku+se-n-ku+se-n

Küsmə yoxsa toyuqlara quş qripi yoluxdurarıq.

Elçin
12.03.2012, 23:14
Mən sizdən küsdüm ((((. Bişmiş hallarını deyirəmdə -ku+se-n-ku+se-n-ku+se-n

Heç qoyaram küsəsən? Buyur :)
http://s019.radikal.ru/i637/1203/ef/f3a93be40f3c.jpg (http://www.radikal.ru)
http://i037.radikal.ru/1203/e4/6d2a05db17a8.jpg (http://www.radikal.ru)
http://s019.radikal.ru/i614/1203/a9/2ecda079b4ba.jpg (http://www.radikal.ru)

Narchicheyi
13.03.2012, 00:46
[QUOTE=Elçin;133919]Heç qoyaram küsəsən? Buyur :)
http://s019.radikal.ru/i637/1203/ef/f3a93be40f3c.jpg (http://www.radikal.ru)


Antic,bax bu ishtahachicidir )

İlğım
13.03.2012, 00:49
[QUOTE=Elçin;133919]Heç qoyaram küsəsən? Buyur :)
http://s019.radikal.ru/i637/1203/ef/f3a93be40f3c.jpg (http://www.radikal.ru)


Antic,bax bu ishtahachicidir )

Yeməyin. Elçin toyuğun tükün yaxşı yolmuyub.

Narchicheyi
13.03.2012, 01:11
[QUOTE=Narchicheyi;133926]

Yeməyin. Elçin toyuğun tükün yaxşı yolmuyub.

bu sharmli toyuqdur
yolmayib,chunki isteyib ki, yemeyi de sharmli chixsin))

Reportyor
13.03.2012, 10:04
Bəs çiy? :D

Çiy halı daha məqsədə uyğundur. Çünki istədiyin kimi bişirə bilərsən:p

Elçin
13.03.2012, 10:22
Mən sizdən küsdüm ((((. Bişmiş hallarını deyirəmdə -ku+se-n-ku+se-n-ku+se-n

Narchicheyi və İlğım sənin intiqamını aldılar məndən)))

Narchicheyi
18.03.2012, 23:00
Narchicheyi və İlğım sənin intiqamını aldılar məndən)))

qadin hemreyliyi )