Ria.az Forum  

Вернуться   Ria.az Forum > RIA > Din və Fəlsəfə | Религия и Философия

Ответ
 
Опции темы Опции просмотра
Старый 03.01.2011, 13:53   #1
Adam
Baş Gizir
 
Регистрация: 27.04.2010
Сообщений: 176
Adam is on a distinguished road
По умолчанию Saqqalın qırxılması

Saqqalın qismən yaxud bütünlüklə qırxılmasının (qısaldılmasının)
haram olmasına dair dəlillər.

1. Allahın yaratdığını dəyişdirmək:
Həmçinin Allah-Taala Qurani Kərimdə İblisin belə dediyini bildirir:
Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm! (Quran, Nisa,119)

Göründüyü kimi bu ayə Allah tərəfindən izin verilənlər istisna olmaqla, Allahın yaratdığını dəyişdirməyin şeytanın əmrinə itaət olduğunu göstərir. Çünki Allah-taala insanı ən gözəl şəkildə yatatmışdır:

...sizə surət verdi, surətlərinizi də gözəl yaratdı... (Quran, Təğabun,3)

Biz insanı ən gözəl biçimdə yaratdıq! (Quran, Tin,4)

Bu, hər şeyi bacarıqla (yerli-yerində) edən Allahın gördüyü işdir.... (Quran, Neml, 88)

2. Peyğəmbərin əmrinə müxalif olmaq:
Saqqal uzatmağın hökmü bölməsində qeyd edilən "uzadın saqqallarınızı" məzmunlu hədislər və onlara verilən şərhə əsasən Peyğəmbərimizin bu barədə əmri ilə tanış olduq. Hər hansı bir fərzi yerinə yetirməmək isə Allahın qoyduğu hökmə tam mənada təslim olmamaq deməkdir. Halbuki "müsəlman" sözü ərəbcədən"(qeydsiz-şərtsiz) təslim olan" kimi tərcümə olunur. Bütün bunlara əsasən demək olar ki, saqqalın qırxılması yaxud qısaldılması Peyğəmbərin (səllələhu əleyhi və səlləm) əmrinə etiraz kimi qiymətləndirir. Uca Allah isə Qurani Kərimdə bu barədə deyir:
“ Allah və Onun Peyğəmbərinə asi olanları cəhənnəm odu gözləyir. Onlar orada həmişəlik qalacaqlar!" (Quran Cinn, 23)

3. Kafirlərə bənzəmək:
Peyğəmbər(səlləlləhu əleyhi və səlləm)in saf Sünnəsinə diqqət etdikdə, "Məcusilərə(atəşpərəstlərə) müxalif olun...", " Müşriklərə müxalif olun...", "Əhli Kitaba müxalif olun..." məzmunlu bir çox səhih hədisə rast gəlmək mümkündür. Yəni, Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) saqqalın qırxılmasının, qısaldılmasının müşriklərin adəti olduğunu bildirir və müsəlmanların onlara müxalif olmasını və bənzəməmələrini əmr edir. Peyğəmbər(səllələhu əleyhi və səlləm)in "Kim hansı qövmə özünü bənzədirsə, - onlardandır" (Əbu Davud, 4031) məzmunlu hədisi hamımıza məlumdur. Uca Allah müsəlmanları xristiyanlara, yəhudilərə , atəşpərəstlərə bənzəməkdən uzaq eləsin, çünki, həqiqətən də pis işlərdəndir. Həmçinin: Allah Rəsulu(səlləlləhu əleyhi və səlləm) belə buyurur:
"Başqasının sünnəsinə əməl edən bizdən deyil" (Səhibul Cami, 5439)

4. Qadınlara bənzəmək:
Hamıya məlum məsələdir ki, xarici görünüşdə kişiləri qadınlardan fərqləndirən ən əsas cəhətlərdən biri də saqqaldır. Və saqqalın qırxılması qadınla kişinın praktik olaraq, bir-birindən fərqlənməməsinə gətirib çıxarır. Kişilərdən qadınlara bənəzəməyə çalışanlar isə Peyğəmbər(səlləlləhu əleyhi və səlləm)in dili ilə lənətlənmişlər.Belə ki:
"Qadınlara oxşamağa çalışan kişilərə Allahın lənəti olsun"
(Buxari, 5546)
Allahın yaradılış etibarilə qadınlara yox, kişilərə verdiyi saqqalı qırxmaq qadınlara bənzəmək demək deyilsə, bəs nədir, sübhənAllah?!

5. Fitrətdən ayrılmaq:
Allah Sübhəna və Təala Qurani Kərimdə belə buyurur:
"(Ya Rəsulum! Ümmətinlə birlikdə) batildən haqqa tapınaraq (pak bir müvəhhid, xalis təkallahlı kimi) üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (islama) tərəf tut. Allahın dinini (Onun yaratdığı tövhid dini olan islamı) heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti (haqq dininin islam olduğunu) bilməz."
(Quran, Rum, 30)
Firət Allahın insanları yaratdğı ilkin saf, təmiz hal. Və bu fitrətdə olduğundan, insan özündən asılı olmayaraq, həmişə başqa hallardan məhz bu hala meyl eləyir, qaçır. İnsan fitrətdən gələn bu xislətləri tərk etdiyi halda onun insanlığından heç bir şey qalmayacaqdır.
Aişa(Allah ondan razı olsun!) rəvayət edir ki, Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) buyurub:
"On şey fitrətdəndir: - bığları qısaltmaq, saqqalı uzatmaq, misvakla dişləri təmizləmək ..."
(Müslim, 56; Tirmizi, 2757 )
Şəraitdən, zamandan və məkandan asılı olmayaraq, saqqal peyğəmbərlərin seçdikləri sünnə və fitrətdən gələn bir xislətdir.
Peyğəmbər(səlləlləhu əleyhi və səlləm), Raşidi Xəlifələr, Səhabə və Tabiinlərin hamısı uzun saqqallı idilər.
Adam вне форума   Ответить с цитированием
Старый 03.01.2011, 14:41   #2
Adam
Baş Gizir
 
Регистрация: 27.04.2010
Сообщений: 176
Adam is on a distinguished road
По умолчанию

6.Saqqalın qırxılmasını(qısaldılmasının) zaman, pul baxımından israf olması və edilən günahı(saqqal qırxmaq) hamının görməsi:
Təraş zamanı istifadə olunan müxtəlif alətlər, ülgüclər, sabun və sairəyə pul xərcləmək açıq bir şəkildə israfdır və Allahın bizə əmanət olaraq verdiyi malı layiq olmayan tərxdə xərcləməkdir. Qiyamət Günü gəldikdə isə müsəlman verilən əmanətdən düzgün şəkildə istifadə etmədiyi üçün Allah qarşısında cavab verəcəkdir. Əgər kimsə "təraşa xərclənən pul ki, xırda-xuruş məbləğdir" deyirsə, bilsin ki, Allah buyurur:
" Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir)."
(Quran, Zilzal, 8)
Həmçinin müsəlmanın vaxtı da olduqca qiymətlidir və onu belə haram bir iş üçün sərf etməməlidir.
Saqqalın qırxılması(qısaldılması) açıq aşkar haram olan bir işi hamıya göstərmək kimi qiymətləndirilir. Müsəlmana isə nə öz günahlarını nə də başqalarının günahlarını açıb-ağartmaq yaraşmaz.

İMAMLARIN BU HAQDA SÖZLƏRİ - «Ey anam oğlu! Saçımdan, saqqalımdan tutma. Doğrusu sənin: «İsrail oğulları arasında ayrılıq saldın, sözümə baxmadın! – deyəcəyindən qorxdum»( Ta Ha 94)
Şingiti – rahmətullahi aleyhi – deyir ki: «Bu ayə saqqalın saxlanılmasının lazım olduğunu bildirən ayədir».
Cabir b. Səmura deyir ki: «Peyğəmbər – səllallahu aleyhi və səlləm – zöhr və əsr namazlarında Quran oxumasını saqqalının tərpənməsindən bilirdilər. Əbu Bəkr, Ömər, Osman və Əli (Allah ondan razı olsun) saqqallarının çox və sız olduğu qeyd edilmişdir. (Quvvətul Qulub 4/9, İbn Həcər Əsqəlani «İsabə» 2/511, 2/455, İbn Sad «Təbəqat» 3/25,58).
İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Səhih hədislərdən bilindiyinə görə saqqal qırxmaq haramdır. Kimsə mübah görməmişdir». (İhtiyaratul İlmiyyə).
Hənəfilərdən İbn Abidin – rahmətullahi aleyhi – deyir ki: «Kişinin saqqalını qırxması haramdır». (Rəddul Muhtar).
İmam Şafii – rahmətullahi aleyhi – deyir ki: «Saqqal qırxmaq haramdır». (əl-Umm).
İbn Abdul Bərr – rahmətullahi aleyhi – deyir ki: «Saqqal qırxmaq haramdır və bunu kişilərdən qadınlara bənzəyənlərdən başqası etməz». (Təmhid).
Cəmi Zeynu (Allah ondan razı olsun) deyir ki, Məkkədə Məscidul haramda dərs deyirdim. Hacılara Peyğəmbər – səllallahu aleyhi və səlləm – in saqqal saxlamağı və bığları qısaltmağı tövsiyə edirdim. Dərsdə olanlardan bir nəfər ayağa qalxaraq məndən bunun vacibliyinə dair Qurani Kərimdən dəlil gətirməməyi xahiş etdi. Mən də ona: «Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi qadağan edirsə, ondan əl çəkin» ayəsini oxu dedim və sonra Peyğəmbər – səllallahu aleyhi və səlləm - in saqqal saxlamağı əmri vardır» dedim. O, da: «Doğru söylədin» dedi.

Saqqalı qısaltmaq olarmi?

Alimlər bu məsələdə ixtilaf ediblər. Lakin istər sözlü, istər feli səhih hədislərə əsasən ən üstün fikir saqqalın qısaldılmasının caiz olmamasıdır. Allah Rəsulunun(səlləlləhu əleyhi və səlləm) şəmaillərində "saqqalı çox idi" (Müslim); "Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) uzun saqqallı idi(Səhih, imam Əhməd);Ənəs b. Malik(Allah ondan razı olsun!) Peyğəmbəri(səlləlləhu əleyhi və səlləm)vəsf edərkən "saqqalı burdan buraya qədər idi" deyib əllərini boynunun iki yarısına qədər dolaşdırdır(Tarixu ibn Asakir); Səhabələr(Allah onlardan razı olsun!) Allah Rəsulunun(səlləlləhu əleyhi və səlləm) Zöhr və Əsr namazlarında Quran oxumasını "saqqalının tərpənməsindən" anlayırdılar. (Buxari).
Rəsulullahı(səlləlləhu əleyhi və səlləm) sevdiklərini söyləyib, ona(səlləlləhu əleyhi və səlləm) bənzəməyi sevməyənlərə nə demək olar?! Axı Uca Allah Quranda buyurur:
" (Ya Rəsulum!) De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin..." (Quran, ali-İmran, 31)
Peyğəmbər(səlləlləhu əleyhi və səlləm)in saqqalının enindən və uzunundan götürdüyü barədə hədis hüccət olmayacaq dərəcədə zəif hədisdir.
Bəzi alimlərə görə Omər və oğlu Abdullahın (Allah onlardan razı olsun!) sözlərinə əsasən, saqqalın bir ovucdan artığını kəsmək lazım olduğunu deyirlər. Lakin bu hökm doğru hesab edilə bilməz. Belə ki, saqqalın olduğu kimi, başlı-başına qoyulmasına dair hədislər bu fikrin təmamilə əksini ifadə edir. Bir məsələ barəsində isə səhih hədis mövcuddursa, səhabə sünnəsi əsas götürülə bilməz. Və səhabələrin bu kimi sözləri şəxsi ictihad kimi qəbul edilir. Onu da qeyd etmək gərəkdir ki, Omər və oğlu (Allah onlardan razı olsun!) bu sözü yalnız bayram günlərinə şamil etmişdilər. Kəsəsi, saqqalın qısaldılması barədə ən sağlam fikir səhih hədislərin zahiri ilə əməl, yəni saqqalın qısaldılmadan uzadılmasıdır. Allah ən doğrusunu biləndir!
Lakin onu da bilməliyik ki, saqqalının bir ovucdan çoxunu götürənə "günah edirsən!", "belə etmə!" və s. deyərək təzyiq etməyə heç kəsin haqqı yoxdur. Ən yaxşı halda nəsihət etmək olar
Saqqalı bir ovucdan az şəkildə qısaltmağa dair isə ümumiyyətlə heç bir dəlil yoxdur və imkan ola-ola belə edənlər Allaha bu haram işə görə tövbə etməlidirlər. Allah Ona üz tutub, tövbə edənlərin tövnələrini qəbul edəndir!

Nəticə.

Son olaraq, bildirmək lazımdır ki, az olan heç olmayandan daha xeyirlidir. Saqqalını qısaldan bu hərəkəti ilə səhv etsə də, saqqalını təmamilə qırxandan daha xeyirlidir.
"Kim mənim Sünnəmdən(yolumdan) üz döndərsə, məndən deyil" (Buxari, Müslim)
Allah və Rəsulunu sevən müsəlman qardaşım!
Bu sözlərin sahibi olan Peyğəmbərimizə(səlləlləhu əleyhi və səlləm) müxalif olmaqdan bacardıqca çəkin! Bil ki, saqqalını kəsəndə sən Allahın rəhmətindən uzaq olan kafirlərə bənzəyirsən ki, bu barədə RəsulAllahln(səlləlləhu əleyhi və səlləm) sözlərini unutmamağa çalış: "Kim hansı qövmə bənzəməyə çalışırsa, o da onlardandır"
(Əbu Davud).
Ey Allahın qulu, sənə Səhih, Şəmailu Tirmizi əsərində qeyd olunan bu hədisi də xatırlatmaq yerinə düşərdi:
Əşas b. Süleym belə dedi:" Bibim əmisinin belə rəvayət etdiyini bildirirdi:"Mədinədə gəzərkən, arxamca kimisə "İzarını (geyimin(əba, şalvar və. yaxud başqa bir şey ola bilər) aşağı hissəsi) yuxarı qaldır-belə təqvaya daha yaxındır" dedi. Arxaya çevriəndə Allah Rəsulunu(səlləlləhu əleyhi və səlləm) gördüm...Ona "Ey Allah elçisi, axı əynimdəki geyim çox uzundur" dedikdə, Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) : "Məgər mən sənin üçün nümunə deyiləm?!" dedi. İzarına baxdım: dizi ilə topuğunun arasında yarıya qədər idi"

Ey saqqalını təraş edən müsəlman qardaşım! Sən bu əməlin üçün müxtəlif bəhanələr gətirəndə, Allah Rəsulu(səlləlləhu əleyhi və səlləm) sənə "Məgər mən sənin üçün nümunə deyildim?!" deyəndə nə edəcəksən? Dünya həyatına, onun cəzbedici fitnələrinə aldanma, nə qədər ki, gec deyil, Axirətini düşün, qardaşım! Çünki dünya həyatı həqiqətən çox qısadır...
Axirət isə əbədidir.
Adam вне форума   Ответить с цитированием
Старый 03.01.2011, 17:41   #3
SAPAND
Administrator
 
Аватар для SAPAND
 
Регистрация: 20.05.2009
Сообщений: 4,182
SAPAND is on a distinguished road
По умолчанию

Hörmətli Adam deyə bilərsizmi əgər saqal ümumiyyətlə qırxılmazsa bunun axırı hara gedib çıxa bilər ?
Belə saqqalla fiziki işlə məşğul olmaq və sairə insan üçün çətinliklər yaratmazmı ?
__________________
Doğrudanmı bu məmləkətdə hamı "Həsən ağa" ya borcludur ?
SAPAND вне форума   Ответить с цитированием
Старый 03.01.2011, 20:25   #4
Rain
Çavuş
 
Аватар для Rain
 
Регистрация: 14.11.2010
Сообщений: 103
Rain is on a distinguished road
По умолчанию

onda saçı da kəsdirmək olmaz?!
Rain вне форума   Ответить с цитированием
Старый 03.01.2011, 22:20   #5
İlğım
Admiral
 
Регистрация: 27.11.2009
Сообщений: 9,982
İlğım is on a distinguished road
По умолчанию

Цитата:
Сообщение от SAPAND Посмотреть сообщение
Hörmətli Adam deyə bilərsizmi əgər saqal ümumiyyətlə qırxılmazsa bunun axırı hara gedib çıxa bilər ?
Belə saqqalla fiziki işlə məşğul olmaq və sairə insan üçün çətinliklər yaratmazmı ?
Priçoska etmək də günahdıʔ
İlğım вне форума   Ответить с цитированием
Старый 04.01.2011, 17:34   #6
Muhacir
Mayor
 
Регистрация: 21.07.2009
Сообщений: 1,513
Muhacir is on a distinguished road
По умолчанию

Saqqalla hər şey düzəlmir.Xüsusən Azərbaycanda müsəlmanlrın etməli olduqları başqa şeylər mühümdür.
Muhacir вне форума   Ответить с цитированием
Старый 04.01.2011, 20:42   #7
SAPAND
Administrator
 
Аватар для SAPAND
 
Регистрация: 20.05.2009
Сообщений: 4,182
SAPAND is on a distinguished road
По умолчанию

Цитата:
Сообщение от Abdullah Посмотреть сообщение
Saqqalla hər şey düzəlmir.Xüsusən Azərbaycanda müsəlmanlrın etməli olduqları başqa şeylər mühümdür.
Abdullah qardaş da səndə izahat vermədinsə inanmıram kimsə verə
__________________
Doğrudanmı bu məmləkətdə hamı "Həsən ağa" ya borcludur ?
SAPAND вне форума   Ответить с цитированием
Старый 04.01.2011, 20:44   #8
SAFAVI
General-Mayor
 
Аватар для SAFAVI
 
Регистрация: 15.02.2010
Адрес: Vancouver, BC, CANADA
Сообщений: 3,234
SAFAVI is on a distinguished road
По умолчанию

Hormetli Adam, yazdiqlarinin emel olunacagi halda ola bilecekleri umid edirem gorursen.
__________________
Həsən ağanın yeganə qohumu...
SAFAVI вне форума   Ответить с цитированием
Старый 04.01.2011, 20:50   #9
SAFAVI
General-Mayor
 
Аватар для SAFAVI
 
Регистрация: 15.02.2010
Адрес: Vancouver, BC, CANADA
Сообщений: 3,234
SAFAVI is on a distinguished road
По умолчанию

Цитата:
Сообщение от Adam Посмотреть сообщение
6.Saqqalın qırxılmasını(qısaldılmasının) zaman, pul baxımından israf olması və edilən günahı(saqqal qırxmaq) hamının görməsi:
Təraş zamanı istifadə olunan müxtəlif alətlər, ülgüclər, sabun və sairəyə pul xərcləmək açıq bir şəkildə israfdır və Allahın bizə əmanət olaraq verdiyi malı layiq olmayan tərxdə xərcləməkdir.
Onda masalan Cihad ucun, patrondan bombadan istifade etmek de israf sayilmalidir. Cunki, bicaq ve ya dashla da mubarize aparmaq ve ya oldurmek olar.
Silaha pul xerclemeye ne luzum var?
Sabun magar yalniz terash ucundur?
Yox, islami ibtidai halinda qebul etmek bu gun - muasir dovrde ne derecede dogrudur?
Her sheyi ibtidai halinda qebul edasi olsaq... Cemi 200 il evvel qebul olunmasi mumkun olmayan, sheytan emeli sayilan bezi icadlardan istifadeni de muselman ucun bu gun demek ki haram saymaq olar.
__________________
Həsən ağanın yeganə qohumu...
SAFAVI вне форума   Ответить с цитированием
Старый 04.01.2011, 20:58   #10
SAFAVI
General-Mayor
 
Аватар для SAFAVI
 
Регистрация: 15.02.2010
Адрес: Vancouver, BC, CANADA
Сообщений: 3,234
SAFAVI is on a distinguished road
По умолчанию

Man bu yonulmamish faktlari yazmaqla eslinde muzakireye cagiriram her kesi, belke hansimizinsa nezerden qacirdigimiz nese var. Bir yerde daha saglam neticeye gele bilerik.
Hem terash haram sayilirsa bu yalniz kishilere aiddirmi?
uzde tuklenme yalniz kishi cinsine aid deyil axi. Ayrica hetta tutaq ki yalniz kishilerden danishirqsa da bu her kishide eyni deyil.
Birimiz buna allahin yaratdigi insan ve insan sifeti deyirse, man buna hormonal problem deyirem. Bu hal ifrata vardiqda mualice olunur. Demek ki bu tibbin mudaxile etdiyi bir hadise oldugu ucun bir nov xestelikdir. Xesteliyin mualicesine ise haram demek o demekdir ki, diger xesteliklerin de mualicesine de eyni ad vermek olur.
Her kishinin uzunden tuk eyni suret ve eyni sixliqla cixmir axi.
Yuzillikler minillikler kecib, tekamul, yemek rasionu, genetika, hormonal problemler - bunlarin hamisini nezere aldiqda bir sozle terash haramdir demek birmenali qarshilana bilmez.
__________________
Həsən ağanın yeganə qohumu...
SAFAVI вне форума   Ответить с цитированием
Старый 04.01.2011, 21:09   #11
Muhacir
Mayor
 
Регистрация: 21.07.2009
Сообщений: 1,513
Muhacir is on a distinguished road
По умолчанию

Saqqal məsələsini bu qədər böyütməyə ehtiyac yoxdur.Saqqal kişinin yaraşığıdır,üzünə nur verir.Üstəlik qeyri-dini bəzi insanlar tərəfindən də saqqal saxlamağın tibbi yöndən faydası olması bildirilir.Bu tərəfi müzakirəyə açıqdır.Kimin etirazı olsa yaza bilər.Ancaq istər saqqal saxlayanların və ya əksinə saqqaldan xoşlamayanların bu məsələdə gərəksiz mübahisələr etdiyi və hətta əsəbləşdiyi görsənir.Azərbaycan müsəlmanları üçün saqqaldan daha mühüm işlər var və onlar daha çox dini maariflənməyə və düzgün İslamın təbliğinə qüvvələrini sərf etməlidirlər.Saqqal əleyhdarları da bu yersiz düşmənçiliklərini tərk etməli və hərənin öz iradəsinə uyğun etdiyi saqqal saxlama əməlinə bu qədər aqressiv münasibət göstərəməmələri daha yaxşı olardı.
Muhacir вне форума   Ответить с цитированием
Старый 04.01.2011, 22:09   #12
İlğım
Admiral
 
Регистрация: 27.11.2009
Сообщений: 9,982
İlğım is on a distinguished road
По умолчанию

Belə çıxır ki Ağa Məhəmməd Şah Qacaq saqqal vergisi qoymaqla əməlli başlı kafirlik edibmiş

Цитата:
1. Allahın yaratdığını dəyişdirmək:
Həmçinin Allah-Taala Qurani Kərimdə İblisin belə dediyini bildirir:
Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm! (Quran, Nisa,119)

Göründüyü kimi bu ayə Allah tərəfindən izin verilənlər istisna olmaqla, Allahın yaratdığını dəyişdirməyin şeytanın əmrinə itaət olduğunu göstərir. Çünki Allah-taala insanı ən gözəl şəkildə yatatmışdır:
Dərnaqları da tutmayın saçları da kəsməyin. Uzun saçlı kişilər uzundırnaqlı adamlar olun
İlğım вне форума   Ответить с цитированием
Старый 04.01.2011, 22:23   #13
SAFAVI
General-Mayor
 
Аватар для SAFAVI
 
Регистрация: 15.02.2010
Адрес: Vancouver, BC, CANADA
Сообщений: 3,234
SAFAVI is on a distinguished road
По умолчанию

Manim her zaman saqqalim olub, amma saqqalsizlarla da ishim yoxdur.
saqqal olaraq tukun bezi qoruyucu funksiyalari var ki, saqqalsiz olduqda da bu funksiyalar deriye kecir. Nece ki, masalan kecal adamin bashinda tukun soyuqdan funksiyasi deriye kocur.
Qisasi insan organizmi heqiqeten mukemmel bir mexanizmle ishlayir.
__________________
Həsən ağanın yeganə qohumu...
SAFAVI вне форума   Ответить с цитированием
Старый 04.01.2011, 22:25   #14
SAPAND
Administrator
 
Аватар для SAPAND
 
Регистрация: 20.05.2009
Сообщений: 4,182
SAPAND is on a distinguished road
По умолчанию

Цитата:
Сообщение от SAFAVI Посмотреть сообщение
Manim her zaman saqqalim olub, amma saqqalsizlarla da ishim yoxdur.
saqqal olaraq tukun bezi qoruyucu funksiyalari var ki, saqqalsiz olduqda da bu funksiyalar deriye kecir. Nece ki, masalan kecal adamin bashinda tukun soyuqdan funksiyasi deriye kocur.
Qisasi insan organizmi heqiqeten mukemmel bir mexanizmle ishlayir.
Mənə maraqlı gələn odurki əgər sizin saqqalınız azı 1.20 olsaidi bu sizə əlavə problemlər yaratmazki
__________________
Doğrudanmı bu məmləkətdə hamı "Həsən ağa" ya borcludur ?
SAPAND вне форума   Ответить с цитированием
Старый 04.01.2011, 22:27   #15
SAFAVI
General-Mayor
 
Аватар для SAFAVI
 
Регистрация: 15.02.2010
Адрес: Vancouver, BC, CANADA
Сообщений: 3,234
SAFAVI is on a distinguished road
По умолчанию

Цитата:
Сообщение от SAPAND Посмотреть сообщение
Mənə maraqlı gələn odurki əgər sizin saqqalınız azı 1.20 olsaidi bu sizə əlavə problemlər yaratmazki
1.20? yani?
__________________
Həsən ağanın yeganə qohumu...
SAFAVI вне форума   Ответить с цитированием
Старый 04.01.2011, 22:28   #16
SAPAND
Administrator
 
Аватар для SAPAND
 
Регистрация: 20.05.2009
Сообщений: 4,182
SAPAND is on a distinguished road
По умолчанию

Цитата:
Сообщение от SAFAVI Посмотреть сообщение
1.20? yani?
1 metir 20 sm
__________________
Doğrudanmı bu məmləkətdə hamı "Həsən ağa" ya borcludur ?
SAPAND вне форума   Ответить с цитированием
Старый 04.01.2011, 23:05   #17
Fidan
Kapitan
 
Аватар для Fidan
 
Регистрация: 15.02.2010
Сообщений: 1,131
Fidan is on a distinguished road
По умолчанию

Məncə saqqalın da bir həddi var. Ümumiyyətlə isə bu hər bir müsəlmanın şəxsi seçimi olmalıdır və hər bir insan yaşadığı mühitə də az-çox uyğunlaşmalıdır. Saqqal isə imanın imanın və imansızığın göztəricisi kimi qəbul etmirəm. Sadəcə fikirləşirəm ki, bu çox səliqəli olmalıdır, çünki müsəlmanın görünüşü də ikrah yaradan olmamalıdır, insana xoş təsir bağışlamalıdır, natəmizlik kimi görünməməlidir. Əksər din alimləri isə deyirlər ki, qadından ayrılmaq üçün kişinin üzündə az da olsa saqqal olmalıdır.
Dövlət işlərində və bəzi şirkətlərdə isə saqqal saxlamaq qeyri-mümkündür. Və orda da yetərincə imanlı insanlar işləyir.

O fikirlə də razıyam ki, indiki dövrdə müsəlmanların saqqaldan qat-qat böyük problemlər var. Belə xirda-para məsələləri atıb ortalığa mübahisələr yaratmağa düzgün baxmıram
__________________
Ağlın zəkatı cahillərə dözməkdir. Hz.Əli (ə.s.)
Fidan вне форума   Ответить с цитированием
Старый 04.01.2011, 23:31   #18
İlğım
Admiral
 
Регистрация: 27.11.2009
Сообщений: 9,982
İlğım is on a distinguished road
По умолчанию

Цитата:
Сообщение от Fidan Посмотреть сообщение
Məncə saqqalın da bir həddi var. Ümumiyyətlə isə bu hər bir müsəlmanın şəxsi seçimi olmalıdır və hər bir insan yaşadığı mühitə də az-çox uyğunlaşmalıdır. Saqqal isə imanın imanın və imansızığın göztəricisi kimi qəbul etmirəm. Sadəcə fikirləşirəm ki, bu çox səliqəli olmalıdır, çünki müsəlmanın görünüşü də ikrah yaradan olmamalıdır, insana xoş təsir bağışlamalıdır, natəmizlik kimi görünməməlidir. Əksər din alimləri isə deyirlər ki, qadından ayrılmaq üçün kişinin üzündə az da olsa saqqal olmalıdır.
Dövlət işlərində və bəzi şirkətlərdə isə saqqal saxlamaq qeyri-mümkündür. Və orda da yetərincə imanlı insanlar işləyir.

O fikirlə də razıyam ki, indiki dövrdə müsəlmanların saqqaldan qat-qat böyük problemlər var. Belə xirda-para məsələləri atıb ortalığa mübahisələr yaratmağa düzgün baxmıram
ayələrdən birində deyilir ki, Allahın rəsulunun sözü Allahın sözüdür. Peyğəmbər də tərəfdarlarına bığlarını qırxıb (nədənsə bu allahın yaratdığı görünüşü dəyişdirmək sayılmır) saqqalınızı uzadın ki seçiləsiz deyib. Daha qurana yazdırmayıb ki bu müsəlmanlıq rəmzidir.
İlğım вне форума   Ответить с цитированием
Старый 04.01.2011, 23:36   #19
Muhacir
Mayor
 
Регистрация: 21.07.2009
Сообщений: 1,513
Muhacir is on a distinguished road
По умолчанию

Цитата:
Peyğəmbər də tərəfdarlarına bığlarını qırxıb (nədənsə bu allahın yaratdığı görünüşü dəyişdirmək sayılmır) saqqalınızı uzadın ki seçiləsiz deyib.
Burdakı seçilmək başqa ümmətlərdən seçilmək mənasındadır.İslamda bir çox hökmlər müşriklərə və Əhli-Kitaba müxalifliyə görə təyin edilib.Əsasən məcusilər yekə bığ saxlayırıdlar.Bu bığı azaltmaq onlara müxalif olmaqdır.
Muhacir вне форума   Ответить с цитированием
Старый 05.01.2011, 09:57   #20
Adam
Baş Gizir
 
Регистрация: 27.04.2010
Сообщений: 176
Adam is on a distinguished road
По умолчанию

Цитата:
Сообщение от SAPAND Посмотреть сообщение
Hörmətli Adam deyə bilərsizmi əgər saqal ümumiyyətlə qırxılmazsa bunun axırı hara gedib çıxa bilər ?
Belə saqqalla fiziki işlə məşğul olmaq və sairə insan üçün çətinliklər yaratmazmı ?
Saqqal saxlamaq PEyğəmbərimizin əmridir, kimə xoş deyilsə özü bilər
Adam вне форума   Ответить с цитированием
Ответ


Здесь присутствуют: 1 (пользователей: 0 , гостей: 1)
 
Опции темы
Опции просмотра

Ваши права в разделе
Вы не можете создавать новые темы
Вы не можете отвечать в темах
Вы не можете прикреплять вложения
Вы не можете редактировать свои сообщения

BB коды Вкл.
Смайлы Вкл.
[IMG] код Вкл.
HTML код Выкл.

Быстрый переход


Часовой пояс GMT +4, время: 07:19.


Powered by vBulletin® Version 3.8.1
Copyright ©2000 - 2014, Jelsoft Enterprises Ltd. Перевод: zCarot